Bakının “İnter” klubunun yarımmüdafiəçisi Nizami Hacıyev Unibank Premyer Liqasında keçirdikləri oyunlarla bağlı Qol.Az-ın suallarını cavablandırıb
- “İnter” AZAL-la oyunda 1:1 hesabıyla bərabərə qaldı. Ümumiyyətlə, son iki turda qələbə qazana bilməməyinizin səbəbi nədir?
- AZAL-la matçın ilk 15 dəqiqəsi gərgin keçdi. Həmin vaxt ərzində komanda öz oyununu tapa bilmirdi. Bunun nəticəsi kimi qapımızda qol da gördük. Ancaq bundan sonra tədricən özümüzə gəlib yaxşı oyun nümayiş etdirdik. Baş məşqçimiz də göstərdiyimiz oyundan razı qaldığını bildirdi. Sadəcə, yaratdığımız bir neçə qol epizodundan istifadə edə bilmədik.
Axır iki turda qalib gələ bilməməyimizi yaratdığımız qol epizodlarını gerçəkləşdirə bilməməyimizdə görürəm. Oyunda üstünlük bizim tərəfimizdə olsa da, çox qol vurmaq üçün real imkanlar əldə etsək də, istədiyimiz nəticəni qazana bilmirik. Bunu bütün qarşılaşmalara şamil etməzdim. Yalnız son iki görüşdəki nəticələri nəzərdə tuturam. Lakin, komanda ümumilikdə yaxşı təsir bağışlayır və adına layiq oyun göstərir. Çalışacağıq ki, növbəti oyunlarda bu çatışmamazlıqları aradan qaldıraq.
- Səncə, “Qarabağ” və AZAL-la son görüşlərdə komandanız bir xal qazandı, yoxsa iki xal itirdi?
- Fikrimcə, hər oyunda iki xal itirib dörd xalı əldən verdik. Əgər belə olmasaydı, indi turnir cədvəlinə başçılıq edirdik. Çempionatda həddindən artıq güclü rəqabət gedir. Bu da Premyer Liqa oyunlarının maraqlı keçməsindən xəbər verir. Bir-iki nüans var ki, onu aradan qaldıra bilsək, “İnter” çempion olacaq. Ancaq, dediklərim o məsələlər klubumuzla bağlı deyil.
- Bəs, kiminlə bağlıdır?
- Bu haqda danışmaq istəmirəm.
- AZAL “İnter”lə qarşılaşmada stadionun projektorunda texniki nasazlıq olduğunu, bunun da futbolçuların görməsinə təsir etdiyini bildirib.
- Bu məsələni şişirtməyə ehtiyac yoxdu. Sadəcə, bir neçə saniyə projektorun işıqlarında biri söndü. Gərək, AZAL oyunu udmadığına görə belə xırda məsələləri qabartmaya. Ona qalsa, mən iki dəfə təkbətək çıxdım, amma ofsayd olmadığı halda, yan hakimi bayrağı qaldırdı. Həmin görüşün videoyazısını düz beş dəfə izlədik. Bir daha əmin olduq ki, ofsayd olmayıb. Hər şey açıq-aydın görünürdü. Hətta 90 yaşlı qoca kişi də o epizodda ofsayd olmadığını görərdi. Onda biz neyləyək? Durub hakimləri dar ağacına çəkək ki, niyə səhv qərar vermisən? Futbolda belə səhvlərdən heç kəs sığortalanmayıb. İşıq 1-2 saniyədə saniyədə yanıb-söndü. Bəs qalan əlli dəqiqədə niyə qol vura bilmədilər?
Hesab edirəm ki, AZAL bu qarşılaşmada bir xal qazandı, nəinki iki xal itirdi. Onlar elə bir xal üçün oynayırdılar. Bunu açıq-aydın görmək olurdu. Biz ikinci hissənin 43 dəqiqəsini hücumda keçirdik. İşığın yanıb-sönməsini problem etmək düzgün deyil.
- Çempionatda növbəti rəqibiniz evdə yaxşı təsir bağışlayan “Xəzər Lənkəran” olacaq. Həmin görüşdə “İnter”in şanslarını necə qiymətləndirirsən?
- “Xəzər Lənkəran” bizim ən çətin rəqiblərimizdən biridir. Ona görə də onlarla oyuna daha ciddi hazırlaşırıq. Bir şey deyə bilərəm ki, “İnter” hər hər bir komandayala nəinki 90, 180 dəqiqə də oynamağa hazırdı. Zənimcə, “İnter” hazırda çempionatda ən formada olan klublardan biridir. Bizdə fiziki cəhətdən heç bir problem yoxdur.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat