“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- “Neftçi” klubunun çıxışlarını, bu mövsüm sərgilədiyi oyunu necə dəyərləndirərdiniz?
- Turnir cədvəlinin birinci pilləsinə yüksəlmələrini “Neftçi”nin keçənilki heyətinin və oyun tərzinin qoruyub saxlanılmasıyla əlaqələndirmək olar. Bu mövsüm də sabiq komandamın çıxışları xoşuma gəlir. Ancaq ən çətini komandanı yaratmaqdı. Ötən mövsüm gördüymüz işlər bu gün uğurlar davam etdirilir. Xətlərarası əlaqələr daha da möhkəmlənməyə doğru gedir. Klubun rəhbərliyi düzgün mövqe tutaraq, heyətə əlavə futbolçular qatmadı. Çünki indiki tərkibdə yetişmiş iki heyət vardı. Mən bu sözü həmişə demişəm ki, “Neftçi” də əlavə olaraq xeyli sayda yaxşı ehtiyat oyunçular var. Bir sözlə, klub rəhbərliyinin tutduğu istiqamət düzgündür.
- Sözlərinizdən belə çıxır ki, məhz sizin keçən mövsüm yaratdığınız komanda indi uğurlar qazanır.
- Mən hər şeyi öz adıma çıxa bilmərəm. Hər kəsin klubun inkişafında zəhməti var. Əgər mənim də “Neftçi”nin bugünkü uğurunda əməyim varsa, özümü çox xoşbəxt hiss edirəm. Bu o deməkdir ki, keçən il “Neftçi”nin təməli güclü qoyulduğundan yenə həmin uğura aparan yolla gedir. Əgər o təməl boş və kefiyyətsiz qoyulsaydı, indi komanda turnir cədvəlində birinci pillədə olmazdı. Komandanın inkişafı yolunda görülən işlər bir il üçün nəzərdə tutulmur. Biz keçən mövsüm çempion olmaqla yanaşı, Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirdik. Ancaq hər şeyə birdən yox, mərhələ-mərhələ nail olmaq olur. Gəlin etiraf edək ki, bu il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq komandaya sahib deyilik. Lakin bir mərhələ keçə biləcəyimiz real görünə bilər. Sadəcə, onun üzərində işləmək lazımdır. Bu il bir mərhələ keçmək, gələn və ya o birisi il isə qrupa düşmək haqda fikirləşmək daha uyğun olar. Çempionlar Liqasında adi Zaqreb “Dinamo”sunu götürsək, o, cür klub bu gün qrupda xalsız qalıb. Rəqiblərinə qarşı heç nə edə bilmir. Görün, indi Azərbaycan komandası hansı aqibətlə üzləşə bilərdi. Nə Madrid “Real”ı, nə də, digər komandalarla başabaş mübarizə apara bilərdi. Hər şeyə real yanaşmaq lazımdır. Yaxşı nəticələr qazanmaq istəyən komanda heyətini qorumalı və və məşqçisinə ən azı üç il vaxt verməlidir.
- Sabiq komandanız ötən mövsüm hücumda daha yaxşı təsir bağışlayırdı, yoxsa bu il?
- Hücum futbolu vurulan və buraxılan toplarla ölçülür. Hazırda vurulan qolların sayı üstünlük təşkil edir. Ancaq, bir şeyi unutmaq lazım deyil ki, keçən mövsüm “Neftçi”nin qaqrşısına çempionluq vəzifəsi qoyulmuşdu və komanda bəzi oyunlarda daha çox nəticə qazanmaq haqda düşünürdü. Əgər biz keçən mövsüm yaxşı oynayıb nəticə verməsəydik, hamı gözəl oyundan yox, nəticə qazana bilməməyimizdən danışacaqdı. Bu çempionatda “Neftçi” daha çox nəticəyə oynayır. Belə olan halda klub azarkeşləri meydançaya qaytara bilər.
- Klubun hazırkı çalışdırıcısı Böyükağa Hacıyev indiki “Neftçi”nin əvvəlkinə nisbətən hücumda daha yaxşı oynadığını bildirib.
- Mən deyilənləri normal qaşılayıram. Əgər bu gün komanda birinci yerdədirsə, deməli, hər şey yolunda gedir. Ancaq, mən belə düşünürəm ki, komanda həm hücumda, həm də müdafiədə eyni səviyyədə çıxış etməlidir. Təkcə hücum oynamaqla işlər düzəlmir. Təkcə hücum futboluna üstünlük verərək, arxa xətti yaddan çıxartmaq olmaz. Hücum və müdafiə futbolu tamam fərqli anlayışlardı. Hər bir məşqçinin buna öz baxışı ola bilər. Sən elə etməlisən ki, sonda yürütdüyün strategiya ilə nəticə qazanasan. Bunu artıq hücum, ya müdafiə futboluyla edəcəksən, qazandığın nəticə göstərəcək.
- Son zamanlar yerli məşqçilərin vəzifəsindən uzaqlaşdırılması daha da artıb. Sizdən sonra Elxan Abdullayev, daha sonra Mehman Allahverdiyev istefaya göndərildi. Sizcə, klub rəhbərləri niyə belə addım atır?
- Mən sizə deyim ki, nəticəni əsasən yerli məşqçilər verir. Buna baxmayaraq, əcnəbi çalışdırıcılara yerli məşqçilərdən daha çox vaxt verilir. Yerli məşqçilərin bir oyunda belə uduzması onun kreslosunu laxladır. Lakin əcnəbilərdə biz bunu görə bilmirik. Yaxşı komanda yaratmaq üçün məşqçiyə ən azı 2-3 il vaxt verilməlidir. Məşqçiyə zaman verilməlidir ki, istədiyini həyata keçirə bilsin. Futbolçu da hiss edəndə ki, məşqçi uzun müddət onlarla çalışacaq, oyunlara daha ciddi yanaşır. Yoxsa düşünəndə ki, hər məğlubiyyətdən sonra komandada nəsə xoşagəlməz olay baş verə bilər, onda oyunçu özü də psixoloji təsir altına düşür.
- Sizə hər hansı klubdan təklif daxil olub?
- Hələ ki, real bir şey yoxdur. Qismətdirsə, yaxın zamanda bir səs çıxar.
Əli HƏYATİ
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı