“Qarabağ”ın müdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi
- Bu həftə komandanız Quzanlıda “Neftçi”ni qəbul edəcək. Birinci dövrədəki ilk oyunda komandanız hesabda irəlidə olsa da, sonda 2:3 hesabıyla uduzdu. Yeri gəlmişkən, «Qarabağ»ın qapısına iki qol sən oyuna daxil olduqdan sonra vuruldu.
- Həmin görüşdən öncə zədələndiyim üçün oyunlarda iştirak etmirdim. Ancaq deməzdim ki, «Neftçi» ilə qarşılaşmada çox pis təsir bağışladım. Sadəcə, oyuna daxil olduqdan sonra hesab tez bir zamanda dəyişdi. Həm də oyunçu dəyişikliyinin bəzən mənfi nəticələri də olur.
- Baş məşqçiniz Qurban Qurbanovun zədədən sonra səni belə çətin matçda meydana buraxması nə dərəcə doğruydu?
- Qurban müəllim mənə hər zaman inanıb. Bu mənada, onun məni hər an meydana ata biləcəyini gözləyirdim. Oyundan öncə məşq zamanı məndən hazır olub-olmadığımı soruşdu. Dedim ki, hazıram, oynaya bilərəm.
- Səni meydana buraxdığı üçün Qurban Qurbanovu mətbuatda tənqid etdilər.
- “Neftçi”yə məğlubiyyətə görə məni və Qurban müəllimi günahkar çıxarmaq doğru deyil. Əvvəla, qapımıza qollar mənim səhvim ucbatından vurulmadı. Meydana çıxdığım bütün oyunlarda hər zaman cənfaşanlıq göstərirəm. Qarşılaşmanın sonunda nəticənin belə alınması əlbəttə nəinki məni, bütün komandanı üzdü. Mənim yerimə başqa futbolçu meydana çıxsaydı, bəlkə o da eyni aqibətlə üzləşəcəkdi. Yəqin qismət belə imiş.
- Komandanızın “Neftçi”yə məğlubiyyətinin səbəbini nədə görürsən?
- Məncə, uğursuzluğa birinci növbədə baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilməməyimiz səbəb oldu. Digər tərəfdən, məğlub olduğumuz rəqib zəif komanda deyil axı, ölkə çempionudur.
- Qurban Qurbanovun sənə görə qınaq obtektinə çevrilməsinə baxmayaraq “Bakı” ilə növbəti oyunda yenidən sənə şans verdi. Özü də əsas heyətdə.
- Qurban müəllimin böyüklüyü ondadır ki, yerli futbolçuların yetişməsi üçün əlindən gələni edir. Heç nəyə baxmadan məni psixoloji təsir altına düşməyə imkan vermədi. “Qarabağ”ın Avroliqa oyunlarında da mənə həddindən artıq güvəndi. “Bakı”la qarşılaşmada artıq oyun praktikası toplamışdım. Qurban müəllim də məndə bunu gördüyünə görə əsas heyətə daxil etdi. Həmin oyunda bütün gücümü ortaya qoydum. Məncə, hər şey uğurlu alındı ki, komandamız da qələbə qazandı.
- “İnter”lə son oyunda qələbə qazanmalı olduğunuz halda, bir xalla kifayətlənməli oldunuz. Komandanızın qeyri-sabit çıxışını nə ilə əlaqələndirirsən?
- Bunu uğursuzluq kimi qiymətləndirmək düzgün olmazdı.Yadınıza salın, “Qarabağ” keçən mövsüm də belə problem yaşamışdı. Lakin sonradan çətinliyi aradan qaldıraraq, tədricən özünə gəlməyə başladı. Çoxları deyir ki, komanda əzəmətini itirib. Əsla belə deyil. Eyni komanda və eyni futbolçulardı. Sadəcə, bir qədər uğursuzluq zolağına düşmüşük. Digər tərəfdən, heyətimizin bir çox üzvü milli komandanın düşərgəsindən çox yorğun halda geri dönür. Hazırlaşmaq üçün demək olar ki, vaxt qalmır. Bunun da oyunumuza mənfi təsiri qaçılmazdı.
- Qarşıdan gələn “Neftçi”ilə oyuna komandanızın revanş almaq üçün çıxacağını söyləmək olar?
- Komandamız Quzanlıda, döğma meydanda sadiq azarkeşləri qarşısında oynayacaq. Həmin oyunda revanş alacağımızı düşünürəm. Məncə, bunu azarkeşlərimiz də səbirsizliklə gözləyir. Unutmaq lazım deyil ki, çempionatda məğlubedilməz komanda yoxdur. Bir şeyi də, qeyd etmək istərdim ki, komanda “Neftçi” ilə oyuna qələbə əzmiylə çıxacaq. Rəqibə qarşı heç bir kindən söhbət belə gedə bilməz. İnanıram ki, Quzanlıda qaələbə qazanaraq, azarkeşlərə sevitc bəxş edəcəyik.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu