Roberto Karlos Bakıya niyə gəlmədi?

Roberto Karlos Bakıya niyə gəlmədi?
ÖLKƏ FUTBOLU 23 Noyabr 2011 / 11:17 2586
-  A +

Rusiyanın «Anji» klubunun braziliyalı oynayan-məşqçisi Roberto Karlosun ölkəmizə səfəri baş tutmayıb.

Qol.Az-ın məlumatına görə, bununla bağlı "Anji" klubunun rəsmi saytında dərc olunmuş məlumatda bildirilib ki, Karlos Bakıya soyuqladığı üçün gedə bilməyəcək. 
 
Məsələylə bağlı AFFA-nın rəsmi saytı da xəbər yayıb. Bildirilir ki, R.Karlos güclü soyuqladığı üçün həkimlərin tövsiyəsinə əsasən Bakıya gələ bilməyib. Bununla əlaqədar braziliyalı futbolçu fikirlərini açıqlayıb: «Çox təəssüf ki, Azərbaycana səfərim alınmadı. Mənə Bakı şəhərinin və Azərbaycanın gözəlliyi haqda çox danışıblar. Səfərdən imtina etmək məcburiyyəti qarşısında qaldığım üçün üzr istəyirəm. Söz verirəm ki, ilk fürsətdəcə Azərbaycana gələcək və hər kəsi futbolunuzun 100 illik yubileyi münasibətilə şəxsən təbrik edəcəyəm. Bildiyim qədər, Azərbaycanda mənim xeyli pərəstişkarım var».

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...