“Qəbələ” klubunun qapıçısı Pavel Doroşevsin Qol.Az saytına müsahibəsi
- Uğursuz çıxışlardan sonra “Qəbələ” dünən doğma meydanda ”Neftçi” üzərində qələbə qazandı. İlk əvvəl bu oyunla bağlı fikirlərini öyrənmək istəyirik.
- Son çempionla oyunun gərgin keçəcəyini əvvəlcədən yaxşı bilirdik. Deyim ki, qələbə bizə çox çətin başa gəldi. Belə rəqiblə qarşılaşmada qabaqcadan arxayınlaşmaq bizə problem yarada bilərdi. Özünüz də şahid oldunuz elə epizodlar oldu ki, həm biz, həm də rəqib bir neçə dəfə fərqlənə bilərdi. Ümumiyyətlə, Azərbaycan çempionatının oyunları haqda qabaqcadan dəqiq proqnoz vermək olmur. Məsələn, çoxları “Xəzər Lənkəran”ın evdə “Rəvan”a qalib gələcəyini gözləsə də, oyun 1:1 hesabı ilə yekunlaşdı. Və ya başqa bir misal. Özünün yaxşı günlərini yaşamayan, AZAL gözlənilmədən “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəldi. Bir sözlə, bu mövsüm çempionatda zəif komanda yoxdur.
- Toni Adams vəzifəsini tərk etdikdən sonra onun yerinə Fatih Kavlak gətirildi. Kavlakın fəaliyyəti haqda nə söyləyə bilərsən?
- Mən deyərdim ki, Fatih Kavlak insan və məşqçi kimi çox gözəl keyfiyyətlərə malikdir. Öz adımdan deyə bilərəm ki, onun bu vəzifədə qalmasını çox istəyirəm. Onunla mən düz 1,5 ildi ki, bir yerdə çalışıram. Bu müddət ərzində Kavlak özünü peşəkar kimi göstərməyi bacarıb.
- Sən dünənki oyunun qəhrəmanlarındansan. Axı, oyunun son dəqiqəsində penaltini dəf edə bildin.
- Son zamanlar komandamızın qeyri- sabit çıxış etməsi heç kimə sirr deyildi. Çox əcaib oyun nümayiş etdirirdik. Komandanı uğursuzluq zolağından çıxarmaq üçün nəsə etmək lazım idi. “Qəbələ”də gərginlik pik nöqtəsinə çatmışdı. Keçən mövsümün ən yaxşı qapıçılarından olsam da, son zamanlar özümə inamı itirmişdim. Dünənki matçöncəsi baş məşqçi Fatih Kavlakla söhbətimizdən sonra özünəinamı daha çox hiss etməyə başladım. Düşünürəm ki, elə bu üzdən “Neftçi” ilə son qarşılaşmada özümü yaxşı tərəfdən göstərməyi bacardım.
- Yeri gəlmişkən, hakimin penalti qərarının yanlış olduğu deyilir. Sən bu haqda nə söyləyə bilərsən?
- Bəli, həqiqətən də, bu qərar tamamilə yanlış idi. Oyunun videoyazısını izləyərkən, hakimin verdiyi qərara dayanmadan gülmüşəm. Açıq-aşkar görünür ki, rəqib futbolçu özünə təmas olmadan yerə atdı. Hakim isə bunu gözləyirmiş kimi dərhal penalti nöqtəsini göstərdi. Hər kəs gördü ki, baş hakim Ramin Diniyev yanlış qərar verdi. Ona görə də oyun başa çatan kimi azarkeşlər hisslərinə hakim ola bilməyib meydançaya axışdılar.
Hesab edirəm ki, penalti vermək istəyən hakim daha inandırıcı varianta əl atmalıdır. “Qarabağ”la oyunun son dəqiqəsində də qapımıza penalti təyin edildi. Amma bu qərara bizdən heç kəz etiraz etmədi. Doğrudan da, həmin epizodda qayda pozuntusu var idi. Hakimi “Neftçi” ilə oyunda qayda pozuntusu kimi qeydə aldığı yerdən hardasa 4-5 metr məsafə ayırırdı. Mən futbolçu karyeramda hələ belə rüsvayçı qərar çıxaran hakim görməmişdim. Bu sözlərlə rəqib komandanın gözəl oyununa kölgə salmaq fikrindən uzağam. Doğrudan da, “Neftçi” həmin gün özünün ən gözəl oyunlarından birini keçirdi. Onların yaxşı komanda olduqları “Xəzər Lənkəran”ı 5:0 hesabı ilə udduqları oyunda bir daha sübut olundu. Sadəcə, hakimlərin oyun belə idarə etməsi futbolunuza zərbədən başqa bir şey deyil. Mən Hakimlər Komitəsindən çox xahiş edərdim ki, belə halların təkrarlanmasının qarşısını alsın. Məncə, dünən hakim futbolçuları və azarkeşləri təxribata çəkirdi.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu