Avropada Çempionlar Liqası və Avropa Liasından sonra daha bir böyük yarış keçirilə bilər.
Bolqarıstan ÇSKA klubunun prezidentinin təşəbbüsü ilə yaradılmaqda olan «Balkan liqa»sıyla əlaqədar artıq ilk toplantı da baş tutub.
Qol.Az-ın Türkiyənin «Milliyət» qəzetinə istinadən yaydığı xəbərə görə, toplantıda Bolqarıstan, Serbiya, Türkiyə və Azərbaycan təmsilçiləri iştirak edib. Növbəti toplantının dekabrın 25-də Belqrada keçirilməsi gözlənilir. Bundan sonra Buxarest şəhərində daha geniş tədbirin keçirilməsi nəzərdə tutulub.
Həmin tədbirə Ukrayna, Rumıniya, Rusiya və Moldova təmsilçilərinin də qatılacağı gözlənilir.
Qəzetin məlumatında deyilir ki, «Balkan liqası»nda Azərbaycanı «Neftçi» komandası təmsil edəcək.
Qəzet «Neftçi»ylə yanaşı, yarışda iştiraka razılıq verən digər klubların adlarını da açıqlayıb. Bunlar «Styaua», «Dinamo» (hər ikisi Rumıniya), ÇSKA, «Levski» (hər ikisi Bolqarıstan), «Fənərbaxça», «Qalatasaray», «Beşiktaş» (hamısı Türkiyə), «Srvena Zvezda», «Partizan», «Voyvodina» (hamısı Serbiya), «Dinamo», «Şaxtyor» (hər ikisi Ukrayna), «Neftçi» (Azərbaycan), «Daçia» (Moldova), «Spartak», «Dinamo», ÇSKA, «Zenit», «Anji», «Rubin»dir (hamısı Rusiya).
Bakının «Neftçi» klubu isə həmin yarışda iştirak edəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az-ın müxbirinə bildirib ki, «Neftçi» haqqında söhbət gelən toplantıda iştirak etməyib: «Bildiyimə görə UEFA bu yarışa qarşıdır. «Neftçi» klubunun da beynəlxaplq qurumuların dəstəkdəmədiyi bir liqada çıxış etməsi mümkün deyil. «Neftçi» daim çempionluğa oynayan bir komandadır. Məqsədimiz UEFA-nın bayrağı altında keçirilən Çempionlar liqası və ya Avropa Liqasında iştirakdır. Türkiyə mətbuatının iddia etdiyi həmin toplantıda «Neftçi»dən heç kim iştirak etməyib. Ümümiyyətlə, həmin tədbirə dəvət olunmamışıq. Dəvət olunsaydıq belə, bu toplantıdan imtina edərdik».
T.Süleymanov bildirib ki, əgər gələcəkdə bu məsələ UEFA-da müzakirəyə çıxarılarsa və müsbət qərar verilirsə, o zaman Azərbaycanda fəaliyyət göstərən klublar AFFA rəhbərliyi ilə müzakirələrdən sonra hansısa qərar verə bilər.
Qeyd edək ki, UEFA bu yarışa qarşı çıxır. Qurumun prezidenti Mişel Platini Avropa belə bir yarışın keçirilməsinə imkan verilməyəcəyini deyib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər