«Qəbələ» klubunun baş meneceri Zaur Əzizovun Qol.Az saytına müsahibəsi
- Toni Adamsın komandanızın baş məşqçi vəzifəsindən istefa verməsi şok effekti yaratdı. Çünki hələ iki həftə əvvəl Adams Qol.Az-a müsahibəsində istefa verməyəcəyini demişdi. Elə isə bu qısa müddət ərzində nə baş verdi ki, Toni Adams getmək qərarına gəldi?
- Əslində Toni Adams AZAL-a 0:3 hesabı ilə uduzduğumuz oyundan sonra Qəbələ şəhərində yaşamağın onun üçün çətin olduğunu deyirdi. Onun uşaqları Bakıda təhsil aldığından Adams hər gün onlarla birgə olmağı istədiyini söyləyirdi. Bu mövzuda hər gün söhbətimiz olurdu. O, özünü komandaya tam verə bilmirdi. Deyirdi ki, bəlkə də Bakıya tez-tez getməsi komandanın nəticəsinə də təsir edir. Klub hələ onun istefa qərarını rəsmən açıqlamazdan 3-4 gün öncə Adams artıq baş məşqçi vəzifəsindən getmək istədiyini dedi. Təbii ki, bu barədə klubun prezidentinə məlumat verildi. Onunla baş məşqçi arasında danışıqlar oldu. Klub olaraq, biz Adamsla əməkdaşlığı davam etdirmək istəyirdik. Amma Toni Adams bildirdi ki, özünü komandaya tam həsr edə bilmir və ona görə də vəziyyətin daha da pisləşməsindənsə, istefa verdiyini açıqladı. Biz də onun ərizəsini qəbul etdik.
- Toni Adamsın klubda başqa bir vəzifədə qalması variantı var?
- Toni Adams hansısa bir anlaşılmazlıq, inciklik olmadan komandamızdan ayrılıb. Biz onunla indi də hər gün danışırıq. O, komandamızın inkişafı barədə fikirlərini söyləyir. Toni Adamsın klubumuzda başqa bir vəzifədə fəaliyyətini davam etdirməsi mümkündür. Sözsüz ki, bu, klub prezidentinin verəcəyi bir qərardır. Onsuz da Toni Adams dekabra qədər Bakıda olacaq və o müddətdə, yəqin ki, klubumuzun prezidentiylə görüşəcək.
- Toni Adamsın klubun boş qalmış icraçı-direktoru vəzifəsinə təyinatı nə dərəcədə realdır?
- Bu, hazırda müzakirə mövzusu deyil. Amma Toni Adams klubun prezidentiylə görüşü zamanı bu mövzu gündəmə gələ bilər. Adamsın yeni futbolçular, məşqçilər, stadion tikintisi ilə bağlı məsləhətləri faydalı olduğundan klubumuzda qalması mümkündür.
- Toni Adamsdan əvvəl onunla birgə İngiltərədən «Qəbələ»yə gəlmiş icraçı-direktorunuz Alastair Savyerimutto istefaya göndərilmişdi. Klubunuzdakı dalbadal iki istefanın bir-biriylə hansısa bağlılığı varmı?
- Savyerimuttonun əsas komandayla əlaqəsi yox idi. O, klubun daha çox kommersiya sahəsindəki işlərini həyata keçirirdi. Biz bir neçə dəfə klub rəhbərliyi olaraq ona nöqsanlarını bildirmişdik. Son dövrlər onun işi kluba müsbət heç nə vermirdi. Ona görə də qərara aldıq ki, onunla yolları ayıraq. Yəni biz Savyerimuttonu özümüz istefaya göndərdik. Toni Adams isə özü getmək istədi. Bu mənada, hər iki istefa arasında hansısa bağlılıq yoxdur.
- Toni Adamsın «Qəbələ»də köməkçisi olmuş ingiltərəli Qari Stivensin komandadan getmək istəməsi barədə xəbərlər doğrudur?
- Dünən klubun toplantısı keçirildi və Fatih Kavlakı baş məşqçi kimi təqdim etdik. İclas zamanı Qari Stivens dedi ki, Toni Adams üçün dəstəyin eynisini Kaflaka da verəcəyəm. Yəni hansısa neqativ bir hadisə baş verməyib.
- Fatih Kavlak hansı müddətə qədər «Qəbələ»də baş məşqçi vəzifəsini icra edəcək?
- Onun gələn ilin sonuna kimi bizimlə müqaviləsi var. Hazırkı vəzifəni icra etməsiylə bağlı isə konkret müddət qoyulmayıb. Fatih Kaflak klub üçün yad adam deyil, tanıdığımız biridir. Onun məşqçi təcrübəsinə də güvənirik. Ümid edirik ki, Kavlakın rəhbərliyi altında komanda uğurlu nəticələrə imza atacaq və yeni baş məşqçi məsələsi gündəmə gəlməyəcək.
- Yəni belə çıxır ki, qış fasiləsinə qədər Kavlak istədiyiniz nəticəni versə, o zaman ən azı mövsümün sonuna qədər komandanıza o rəhbərlik edəcək?
- Əgər belə olsa, yeni baş məşqçi məsələsi gündəmə gəlməyəcək. Ümumiyyətlə, yeni baş məşqçi gətirmək gündəmimizdə deyil. Fatih Kavlak Türkiyədə «Trabzospor», «Gənclərbirliyi», «Manisaspor» kimi klublarda işləyib və kifayət qədər məşqçilik təcrübəsi var. İnşallah, ümid edirik ki, o komandamıza yeni nəfəs gətirəcək və nəticələr düzəlməyə başlayacaq. Bizim yüksək yerlər üçün oynayaca biləcək yaxşı heyətimiz var. Bizim hədəflərimiz də dəyişməyib. Məqsədimiz mükafatçılar sırasına düşüb Avropa kuboklarında oynamaqdır.
- Mətbuatda keçmiş baş məşqçiniz Ramiz Məmmədovun «Qəbələ»yə qayıtması versiyası daha çox hallanır. Bu haqda nə deyə bilərsiniz?
- Ramiz Məmmədov həqiqətən də bizim klubda çalışdığı dönəmdə göstərdi ki, komandamıza istədiyiiz nəticəni verə bilər. Onun vaxtında heyətimiz indiki kimi zəngin deyildi. Buna baxmayaraq, o, əsl mübariz bir komanda yaratmışdı.
Amma bu gün həqiqətən də yeni baş məşqçi məsələsi müzakirə olunmur. Futbolçulara konkret dedik ki, Fatih Kavlak sizin baş məşqçinizdir. Onlara dedik ki, «Qəbələ» bu gün önəmli bir dövrə qədəm qoyur. İnşallah, uğurlu nəticələr qazanarıq.
Hərçənd əgər gələcəkdə axtarışında olacağımız baş məşqçilər arasında yerli məşqçilər də olsa, təbii ki, yaxşı tanıdığımız bir mütəxəssis kimi Ramiz Məmmədovun da namizədliyi nəzərdən keçiriləcək.
- Bazar günü «Qəbələ»ni «Neftçi»ylə oyun gözləyir. Yəqin ki, bu oyun ərəfəsində Adamsın istefası futbolçuların psixoloji durumuna ciddi təsir edib.
- Ola bilər ki, Adamsın getməsi oyunumuza hansısa formada təsir etsin. Dünən komandanın üzvləri ilə görüşdük. Elə onlara bu sualı verdik ki, Adamsın istefası sizə təsir göstəribmi? Həmin suala məşqçimiz Qari Stivensin cavabı maraqlı oldu. Bildirdi ki, onun 30 illik futbol təcrübəsi var və futbolçu baş məşqçi dəyişəndə yalnız növbəti oyuna köklənir, ciddi psixoloji təzyiq altına düşmür.
- Son olaraq, futbolçunuz Mahir Şükürovun «A» dopinq testinin müsbət nəticə verməsiylə bağlı xəbərlərə münasibətiniz bilmək istərdik. Bununla bağlı klubunuza UEFA tərəfindən hansısa rəsmi məlumat verilib?
- Bu məsələyə görə AFFA-yla əlaqə saxlayırıq. Amma test millinin oyunundan sonra götürüldüyündən bizə məlumat verilməyib. AFFA da bildirir ki, rəsmi bir şey olmadığından açıqlama verə bilmirlər. Mahir hazırda komandamızın düşərgəsindədir. Dünən özüylə söhbətimiz oldu. Ümid edirik ki, problem yaşanmayacaq. Əgər hansısa qərar çıxarılsa, UEFA ilk öncə Mahirin klubu olaraq bizə məlumatlandıracaq. Biz də qərarın bir nüsxəsini AFFA-ya göndərəcəyik və ictimaiyyətə açıqlama verəcəyik.
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi
Musiala bu gün əməliyyat ediləcək
"Liverpul"un mövsümöncəsi məşqi təxirə salınıb
“Real” 23 illik rekordu yenilədi
Messi yenə rəqibi bir-birinə qatdı - Video
"Bavariya"da 756-cı - sonuncu oyun
Ayağı qırılan Musiala neçə ay oynamayacaq?
"Araz-Naxçıvan"ın rəqibi "Anderlext"lə qarşılaşdı
PSJ "Bavariya"ya belə qalib gəldi - Video
“Qalatasaray”a transferi gərçəkləşmək üzrədir
PSJ və "Real" yarımfinalda
Azərbaycan güləşçisi Avropa çempionu oldu
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı