Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- İlk əvvəl Albaniya yığmasına qalib gəldiyiniz görüş haqda fikirlərini bilmək istərdim.
- Qələbəyə görə çox sevindik. Çünki FİFA-nın bayrağı altında keçirilən bu beynalxalq yoldaşlıq görüşündəki uğurmuz nəticə reytinq xallarımızın artmasına təsirini göstərəcək. Matça gəlincə, ilk hissədə yaxşı oyun nümayiş etdirsək də, ikinci yarıda tam müdafiə olunmaq məcburiyyətində qaldıq. Rəqib futbolçular qapımıza döğru hücumların kəsərini artırdığı üçün daha çox müdafiəni düşünərək hesabı qorumağa çalışırdıq. Qol buraxmamağımızda bəxt amili də rol oynadı. Buna baxmayaraq, ən əsası qələbə qazanmağı bacardıq.
- Bu oyunda millimizə qələbə gətirən yeganə qola sən imza atdın.
- Həmin gün 11.11. 2011 tarixi olduğundan qol vurub tarixə düşməyimi çox istəyirdim. Mənə bu barədə xeyli sms də gəlmişdi. Hər kəs həmin qarşılaşmada fərqlənməyimi istəyirdi. Belə olan halda istər-istəməz qol vurçaq arzum daha da artdı. Şükür Allaha, arzumu ürəyimdə qoymadı. Vurduğum qolda Rəşad Sadiqovun gözəl ötürməsini xüsusi qeyd etmək istərdim.
- Ötün mövsümün ən yaxşı hücumçusu nominasiyasında mükafat sənə yox, Uinston Parksa verildi. Bildiyimə görə, bundan narazı qalmısan.
- Əgər Bahadır Nəsimovu seçsəydilər, mənə bu dərəcədə təsir etməzdi. Keçən mövsüm mən Parksdan daha çox qol vurmuşdum. Bir çox oyunda komandamın qələbə qazanmasında xeyli pay sahibi olmuşdum. Məni tanıyan və tanımayan insanlar da bu nəticəylə razı deyildi. Lakin, daha neyləmək olar? Olan olub, keçən keçib.
- Yekunlaşmaqda olan ilin ən yaxşı futbolçusu adına əsas namizədlərdən də biri sənsən. Sən özünü bu ada layq bilirsən?
- Qarşıda bir neçə çempionat oyunumuz olduğu üçün rahatlaşa bilmərəm. Hələ xeyli vaxt olduğundan özümü yaxşı tərəfdən göstərərək fərqlənməyə çalışacağam. Yəqin ki, mill komandanın heyətində göstərdiyim oyun, vurduğum qollar nəzərə alınacaq. Belə olan təqdirdə ən azı namizədlər sırasında olacağımı düşünürəm. Bu, mükafata layiq görülərəmsə, özümü çox xoşbəxt hiss edərəm.
- Həftə sonu “Qarabağ”ı doqquz oyundur ki, məğlub olmayan “İnter”lə çətin oyun gözləyir.
- Çempionatın debütantı “Sumqayıt Şəhər”ə yenilməyimiz komandaya çox pis təsir etdi. Məncə, arxayınçılığımızın qurbanı olduq. Həm də komanda yoldaşlarımız Rəşad və Maksimin yoxluğu məğlubiyyətdə öz sözünü dedi. Digər tərəfdən, “Qarabağ” hələ ki, sabit oyun nümayiş etdirə bilmir. Lakin bunun müvəqqəti olduğunu düşünürəm. İnşallah, “İnter”lə qarşılaşmada qalib gələrək tilsimi qıracağımıza inanıram. Həm də rəqibin məğlubiyyətsizlik sindiromuna son qoyarıq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı