“Qarabağ”ın klubunun braziliyalı yarımmüdafiəçisi Leonardo Roşanın Qol.Az saytına müsahibəsi
- Roşa, “Qarabağ”da yeganə braziliyalı futbolçusan. Komandanın əksər üzvləri isə yerli futbolçulardır. Onlarla ünsiyyət qurmaqda problem yaşamırsan ki? Hətta görürəm ki, ingilis dilini də yaxşı səviyyədə bilmirsən.
- Azərbaycana yeni gəldiyim zamanlarda mənim üçün bir qədər çətin idi. İlk klubum olan “Standard”da bir neçə legioner çıxış edirdi. Buna baxmayaraq, ingilis dilini yaxşı bilmədiyim üçün onlarla ünsiyyət qurmaqda problem yaşayırdım. Zaman keçdikcə adaptasiya olmağa başladım. İndi isə elə bir problemim yoxdur. Hər şey mənim üçün daha rahatdır. Komanda yoldaşlarımla bir-birimizi anlamaqda heç bir problem ortaya çıxmır.
- “Qarabağ”a transferin reallaşana qədər bir çox yerli klubun şərəfini qorumusan. Bəs, “Qarabağ”ın digər klublarla əsas fərqi nədədir?
- “Qarabağ”ın ən əsas fərqi komandanın çox mehriban kollektivinin olmasıdır. Biz bir ailə kimiyik. Hər kəslə gözəl münasibətim var. Çox sevinirəm ki, mən də bu mehriban ailənin bir üzvüyəm.
- Son turda “Sumqayıt-Şəhər”ə məğlubiyyət “Qarabağ”a heç yaraşmadı...
- Heç inanmazdım ki, Quzanlıda “Sumqayıt-Şəhər”ə məğlub ola bilərik. Futbolda belə hallar olur. Çempionatda zəif komanda anlayışı demək olar ki, qalmayıb. Hətta debütant komandalar da sonadək mübarizə apararaq xal qazanmağa can atırlar. “Sumqayıt-Şəhər” də həmin görüşdə bizə qarşı yüksək səviyyədə çıxış etdi. Oyun ərzində qol imkanlarımız çox oldu. Təəssüf ki, bu şanslardan istifadə edə bilmədik. Hər halda gözəl oyununa görə Sumqayıt klubunu təbrik etmək olar.
- Komandada ab-hava necədir? Növbəti turlarda çətin qarşılaşmalar sizi gözləyir. Son məğlubiyyəti unutdura biləcəksiniz?
- Rəhbərlik bizim qarşımıza bütün matçlarda qələbə qazanaraq, çempion olmaq tapşırığı qoyub. Biz isə bu tapşırığın öhdəsindən gəlməyə çalışırıq. Təbii ki, “Sumqayıt-Şəhər” kimi komandalarla oyunda xal itirməyə davam etsək çempionluq bizim üçün əlçatmaz olaraq qalacaq. İnanıram ki, qarşıdakı oyunlarda qələbələr bizim olacaq.
- Artıq komandanın heyətində iki qola imza atmısan. Öz oyunun barəsində nə düşünürsən? Roşa “Qarabağ”da əsl oyununu tapa bilib?
- Əslində qol vurmaq mənim üçün bir o qədər də vacib deyil. Önəmli olan komandama maksimum dərəcədə xeyir verə bilməyimdir. Düşünürüəm ki, hələ öz oyunumu tapa bilməmişəm. “Qarabağ” özünəməxsus taktikası ilə seçilir. Mən isə yavaş-yavaş komandanın oyun sisteminə tam uyğunlaşıram. İnanıram ki, öz oyunumu tapsam qolların sayını daha da çoxaldacağam.
- Azərbaycan çempionatında bir neçə braziliyalı futbolçu çıxış edir. Yaxın münasibətdə olduğun həmyerlilərin var?
- Hamısı ilə yaxşı münasibətim var. İstəməzdim ki, kimisə xüsusi fərqləndirim.
- Bazar günü sizi səfərdə “İnter”lə gərgin oyun gözləyir. “İnter” həm də sənin keçmiş klubundu. Bu kluba qarşı matç sənin üçün xüsusi önəm daşıyacaqmı?
- “İnter” söhbəti mənim üçün bağlanıb. Artıq olan olub və keçən keçib. Məni indi maraqlandıran “Qarabağ”ın çıxışlarıdır. Oyuna gəldikdə isə mənim üçün görüşün hər hansı prinsipiallığından söhbət gedə bilməz. “İnter”in güclü heyəti var. Onlar da bizim kimi çempionluğa iddialıdırlar. Top saxlamağı sevən komandadır. Bizim üçün oyun xeyli çətin keçəcək. Əlimizə düşən fürsətlərdən maksimum yararlanıb qələbə qazanmağa çalışacağıq.
- “İnter”in oyun stilinə yaxşı bələd bir futbolçusan. Necə düşünürsən, rəqibin heyətində “Qarabağ” üçün ən təhlükəli kim ola bilər?
- Rəqibin hücumçusu Girts Karlsonsu fərqləndirərdim. Karlsons çox güclü futbolçudur. Ona qarşı xüsusi diqqətli oynağımız lazımdır. Latviyalı futbolçu bizə problem yarada bilər.
- Bir neçə gün öncə sənin “Neftçi” klubunda oynayan həmyerlin Flavinyo Azərbaycan pasportu almaq istədiyini deyib. O, gələcəkdə milli komandamızın şərəfini qorumaq istədiyini açıqlayıb. Bəs, sən necə Azərbaycan vətəndaşı olmaq istəyirsən?
- Mən hazırda yalnız “Qarabağ” haqda düşünürəm. Şübhəsiz, məni milliyə dəvət etsələr, yaxşı olar. Bu barədə oturub söhbət edərik. Əlbəttə ki, belə bir təklif olarsa, məmnuniyyətlə razılaşaram.
Ümid AYXAN
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu