«Qalatasaray»ın üzvləri komandanın keçmiş kapitanı Arda Turana qarşı vəfasızlıq ediblər.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Arda Turanın babası İbrahim Sevişin (Ardanın anası Yüksəl Turanın atası ) dəfn mərasimində «Qalatasaray»dan heç kim iştirak etməyib. Hətta klub adından çələng də göndərilməyib.
Yalnız klubun keçmiş prezidentlərindən Adnan Polat mərasimə çələng göndərib.
Dəfn mərasimində iştirak edənlər arasında isə Ardanın sevgilisi Sinem Kobal, Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Haluk Ulusoy, «Fənərbaxça»lı oyunçu Əmrə Bəlözoğlu, keçmiş futbolçu Arif Ərdəm və Əmrə İşık da olub.
Yuxarı
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil
Mövsümün ən çox izlənən matçı