Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiçin Qol.Az saytına müsahibəsi
- Yığmanın heyətində Albaniya millisinə qarşı forma geyinsən də, baş məşqçi Berti Foqts səni “Union Berlin”lə oyuna aparmadı. Bunu səbəbi haqda sənə məlumat verildi?
- Hələ Albaniya ilə oyundan iki gün öncə komandanın baş məşqçisi Berti Foqts bildirdi ki, Almaniya klubu ilə oyunda xidmətimə ehtiyac duymayacaq. Çünki həmin qarşılaşma milli üçün o qədər də əhəmiyyət kəsb etmir. Bildirdi ki, buna görə də daha çox gəncləri meydana çıxararaq, ekspriment aparacağam. Bu söhbətdən sonra Bakıya döndüm.
- Bir qədər “Neftçi” ilə derbi oyunundan danışaq. Həmin qarşılaşmada “Xəzər Lənkəran”ın böyük hesablı məğlubiyyətini nədə görürsən?
- Doğrudan da, belə hesabla uduzacağımızı gözləmirdik. Hələ də məğlubiyyətin səbəblərini araşdırmağa çalışırıq. Özümüz də başa düşə bilmirik ki, niyə uduzduq. Həmin görüşdə “Neftçi” gözəl çıxış etdi. Ancaq qapımıza vurulan ilk qola qədər bərabər səviyyəli oyun getdi. Belə məğlubiyyət hər komandanın başına gələ bilər. Heç bir komanda oyunun belə hesabla başa çatacağını təxmin edə bilməz. Hətta “Böyük beşlik” ölkələri çempionatlarında da bəzi güclü klublar gözlənilmədən iri hesabla uduzurlar. Məsələn, İngiltərə çempionatında “Mançester Yunayted” “Mançester Siti”yə 1:6 hesabı ilə məğlub oldu. Futbolda belə hallar olur. Əlbəttə ki, bu cur yenilgi “Xəzər Lənkəran” üçün böyük rüsvayçılıqdır. Lakin uduzmağımızda təkcə bir nəfər deyil,hər kəs günahkardır. Məncə, xətlərarası əlaqədə yaranan problemlər ucbatından yenildik.
- Həmin gün qapını Kamal Bayramov deyil, Kamran Ağayev qorusaydı, səncə, komandanız belə hesabla uduzardı?
- İndi hər kəs qapısından beş top buraxmış Kamal Bayramovu günahlandırır. Bu, düzgün yanaşma tərzi deyil. Komanda uduzubsa, müdafiəçidən tutmuş hücumçuya kimi hər kəs günahkardır. Doğrudan da, Kamran Ağayev yaxşı qapıçıdır. Lakin heç kəs təminat verə bilməz ki, Kamran çərçivəni qorusaydı, belə hesabla uduzmayacaqdı.
- Komandan hesabda üç top geridə olsa da, baş məşqçiniz Mirça Rednik nədənsə səni meydana gec buraxdı.
- Doğru söyləyirsiniz. Lakin bu, baş məşqçimizin qərarı olduğundan ona hörmətlə yanaşıram. Ola bilsin beynində hansısa taktika barəsində düşünürdü. Hərdən mən özüm də Rednikin qərarlarını təəccüblə qarşılayıram. Mən həmin qarşılaşmada oynamaq üçün alışıb-yanırdım. Derbi oyununda ilk on birlikdə yer almayacağımı bildikdə, həddindən artıq üzüldüm.
- Ola bilər ki, sənin də bəzi komanda yoldaşların kimi məşqçiylə problemlərin var?
- Nə bilim, dəqiq bir söz deyə bilmərəm. Əvvəllər münasibətimiz əla səviyyədə idi. Bir də ki, mənim işim futbol oynamaqdırsa, yalnız bunu düşünməliyəm. Meydanda neçə dəqiqə oynayacağıma yalnız Rednik qərar verir.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı