Bu gün milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirir. Qol.Az Rusiya - Azərbaycan oyunundan canlı mətn-reportaj yayımladı. Həmçinin qarşılaşmadan sonra məşqçi və futbolçuların fikirləriylə də saytımızda tanış ola bilərsiniz.
***
Komandaların start heyətləri artıq məlumdur:
Rusiya: 1.İqor Akinfeyev, 4.Sergey Iqnaşeviç, 2.Aleksandr Anyukov, 5.Vasili Berezutski, 7.İqor Denisov, 18.Yuri Jirkov, 11.Sergey Semak, 8.İqor Semşov, 17.Konstantin Zıryanov, 10.Andrey Arşavin, 9.Roman Pavlyuçenko
Ehtiyat oyunçular: Vladimir Qabulov, Aleksey Berezutski, Diniyar Bilyatdinov, İvan Saenko, Alan Dzaqoyev, Dmitri Sıçov, Pavel Poqrebnyak
Baş məşqçi: Qus Hiddink
Azərbaycan: 1.Fərhad Vəliyev, 8.Cəmşid Məhərrəmov, 14.Rəşad Sadıqov, 3.Saşa Yunusoğlu, 2.Rail Məlilov, 4.Mahir Şükürov, 9.Samir Abbasov, 6.Elmar Baxşıyev, 18.Vüqar Nadirov, 17.Fabio Luis Ramim, 10.Branimir Subaşiç
Ehtiyat oyunçular: Rauf Mehdiyev, Rahid Əmirquliyev, Ernani Pereyra, Vaqif Cavadov, Aqil Nəbiyev, Leandro Qomeş, Cavid Hüseynov
Baş məşqçi: Berti Foqts
***
Komandalar artıq meydandadırlar. İndi hər iki ölkənin dövlət himnləri səslənir.
RUSİYA - AZƏRBAYCAN 2:0
Qollar: Roman Pavlyuçenko 32, Konstantin Zıryanov 72
1. Oyun başladı. Oyuna milli komandamız başladı.
3. Komandamız oyuna heç də pis başlamayıb. İlk dəqiqələrdən komandamız rəqibə nisbətən bir qədər fəal görünür.
4. Arşavin oyunda qapıya doğru ilk zərbəni endirdi. Fərhad səhvsiz oynadı.
5. Rusiya millisi ardıcıl iki künc zərbəsi yerinə yetirsə də, müdafiəçilərimiz etibarlı oynayırlar.
8. Vüqar Nadirov iki rəqib futbolçudan sıyrılaraq, Subaşiçə ötürmə verdi. Lakin Branimir rəqib müdafiəçiylə mübarizədə kobud oynadı.
10. Komandamız rəqib qapısına doğru ilk zərbəni endirdi. Lakin Vüqar Nadirovun zərbəsi bir o qədər də qüvvətli alınmadı.
12. Jirokov cərimə meydançamıza doğru ötürmə versə də, Fərhad Vəliyev çıxışda inamlı oynayır.
13. Ramim uzaqdan qapıya doğru zərbə endirsə də, zərbəsi zəif alındı. Lakin bu epizodda rusiyalı futbolçu Ramimə qarşı kobud oynasa da, hakimin fiti susdu.
17. Denisov qapımıza doğru qüvvətli zərbə endirsə də, top Rəşada dəyərək, geri qayıtdı.
21. Mahir Şükürov cərimə meydançasına doğru ötürmə versə də, Akinfeyev topu tuta bildi.
23. Saşa Yunusoğlu sarı vərəqəylə cəzalandırıldı.
25. Oyunun ilk 25 dəqiqəsi artıq geridə qalıb. Komandamız arxada qalan müddət ərzində heç də pis təsir bağışlamır. Futbolçularımız soyuqqanlı oynayırlar. Ruslar isə əksinə, sanki millimizdən bu cür oyun gözləmədiklərindən özlərini itiriblər.
27. Ramimin uzaqdan zərbəsi qüvvətli alınsa da, Akinfeyev topu tuta bildi.
30. Komandamızın daha bir futbolçusu sarı vərəqə aldı. "Canlı sədd"i vaxtından əvvəl tərk etdiyi üçün Elmar Baxşıyev sarı vərəqəylə cəzalandırıldı.
32. QOL. 1:0. Təəssüf... Pavlyuçenko topu qapımızdan keçirdi.
33. Rail Məlikov da "sarı"yla cəzalandırıldı. Qolda Fərhad Vəliyevin də kobud səhvə yol verdiyini qeyd edək.
38. Ramimin daha bir uzaqdan zərbəsi qeyri-dəqiq alındı.
44. Zıryanov və Anyukovun zərbələri qeyri-dəqiq alındı. Hakim birinci hissənini sonuna 1 dəqiqə aləva etdi.
Birinci hissə başa çatdı.
Ikinci hissə başladı.
46. Komandamız ikinci hissəyə əvəzetməylə başladı. Berti Foqts meydana Vaqif Cavadovu buraxdı. O Branimir Subaşiçi əvəzlədi.
48. Mahirin daha bir cinah ötürməsini Akinfeyev çətinlik çəkmədən tuta bildi.
50. Semşov qapımıza doğru təhlükəli ötürmə versə də, yaxşı ki, Arşavin topa toxuna bilmədi.
55. İqor Denisov Rail Məlikova qarşı kobud oyuna görə sarı vərəqəylə cəzalandırıldı. Rusiya millisinin heyətində Alan Dzaqoyev meydana daxil olmağa hazırlaşır.
56. Dzaqoyev Sergey Semakın yerinə meydana daxil oldu.
58. Jirkov Ramimə qarşı kobud oynadı.
59. Ramim həkimlərin köməyindən sonra meydana qayıda bildi.
60. Yox, Ramim oyunu davam etdirə bilməyəcək.
61. Ramimin əvəzinə Leandro Qomeş meydana daxil oldu.
66. Elmar Baxşıyevin zərbəsi təhlükəli alınsa da, top qapıdan aralı keçdi. Bu dəqiqələrdə üstünlük millimizin tərəfindədir.
68. Elmarın daha bir zərbəsi qapıdan xeyli aralı keçdi.
69. Arşavin qapımıza doğru zərbə endirsə də, Fərhad bu dəfə səhvsiz oynadı.
72. QOL. Ruslar ikinci qolu qapımızdan keçirdilər. Bu dəfə Konstantin Zıryanov fərqləndi.
73. Rusiya millisinin heyətində əvəzetmə oldu. Roman Pavlyuçenkonu Pavel Poqrebnyak əvəzlədi.
78. Samir Abbasov sarı vərəqylə cəzalandırıldı.
85. Milli komandamız rəqib qapısı qarşısında təhlükəli epizod yarada bilərdi. Rəqibi 3 futbolçuyla yaxalamışdıq. Lakin Vaqif Cavadov Vüqar Nadirova ötürmə vermək əvəzinə özü irəliləməyə çalışdı və nəticədə topu itirdi. Halbuki Vaqif topu Vüqara ötürsəydi, "Karvan"ın hücumçusu Akinfeyevlə təkbətək çıxacaqdı...
87. Qapımız qarşısında daha bir təhlükəli epizod yaşandı. Fərhad Vəliyev çıxışda yenə səhvə yol versə də, Saşa Yunusoğlu onun səhvini düzəltdi.
88. Jirkovun zərbəsi qapıdan aralı keçdi.
90. Milli komandamız qol vurmağa çox yaxın idi. Lakin Vaqif Cavadovun zərbəsi qapı dirəyinə dəydi. Çox təəssüf... Bəxt də bizdən üz döndərib.
Oyun başa çatdı.
"Nyukasl" finalda "Liverpul"a qalib gəldi
Klub rəhbərindən “Real”ın qapıçısına sərt cavab
Millimizin heyətində dəyişiklik
Hüseynov bu fikirlərinə görə istefaya göndərilib? - Video
"Sumqayıt" "Turan Tovuz"a belə qalib gəldi - Video
“Hər oyun kobud səhvlər buraxırıq” - Berdıyev
Cavadovdan qələbədən sonra açıqlamalar
Misli Premyer Liqasında 12 günlük fasilə başladı
“Sumqayıt” Tovuzda, “Neftçi” Bayılda qələbə qazandı
“Neftçi”dən 2 qol, Rzadan “qızıl qurtarış” - Video
Cavid Hüseynov istefaya göndərildi
Samir Abasov: “Mənim getməyimi istəyirsiniz?”
Mahir ehtiyat heyətdə yer aldı, “Nürnberq” qələbə qazandı
"Turan Tovuz" - "Sumqayıt" matçı üçün - Heyətlər
Millimizin hazırlıq planı bilindi
Mbappe təqvimdən gileyləndi
Fransa millisinin sabiq üzvü İran klubunda
Azərbaycan cüdoçularından Avropa kubokunda daha 2 medal
"Səbail" - "Neftçi": Heyətlər açıqlandı
"Şamaxı" daha 4 məşqçisi ilə müqaviləni uzatdı
Xusanov öz qapısına qol vurdu, Qvardiola belə reaksiya verdi
Azərbaycanın U-17 millisi bu rəqiblə 2 dəfə qarşılaşacaq
"Zirə"nin üç legionerinə millidən dəvət gəldi
Krivotsyukun komandasından növbəti qələbə
“Uşaqların həvəsi və uğurlarından motivasiya alırıq”
"Şamaxı" Ayxan Abbasovla bağlı qərar verdi - Rəsmi
Millimizin üzvü oynadı, komandası finala yüksəldi
Haaland Premyer Liqada daha bir rekorda imza atdı
"Beşiktaş" tarixində belə uduzmamışdı - Video
Mbappe dubl etdi, "Real" lider oldu
Vüsalın komandasından məğlubiyyət
Zamiq oynadı, komandası heç-heçə etdi
"Sabah" - "Zirə" matçında vurulan qollar - Video
"Hakim qərarları qəribə idi" - Berezutski
Rəşad Sadıqov: "Futbolumuz adına sevinirəm"
"Sabah" "Zirə" ilə heç-heçə etdi
Tovuzda qol vurulmadı - Video
"Qurban müəllimin dediyində həqiqət var" - Azər Bağırov
“Kəpəz” “Qarabağ”la bərabərə qaldı
Millimiz Bolqarıstana qalib gəldi