"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevin onun barəsində səsləndirdiyi fikirlərlə bağlı Qol.Az saytına müsahibə verib
- AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, Qurban Qurbanov gənc olduğu üçün hələ millini çalışdıra bilməz.
- Əvvəla onu deyim ki, Rövnəq müəllim məni şəxsən tanıyır. «Neftçi»də bir yerdə işləmişik. Belə baxanda məşqçiliyə başlamağımda ona borcluyam. Çünki o, hələ «Neftçi»nin prezidenti olarkən riskə gedərək məni komandanın baş məşqçisi təyin etdi. Ola bilər ki, Rövnəq müəllim «gəncdir» sözünü məni yaxından tanıdığına görə işlədib. Mən artıq beş ildir məşqçi işləyirəm və özümü o qədər də gənc saymıram.
Bütün hallarda mən inanıram ki, Rövnəq müəllim Azərbaycan futbolu üçün ən yaxşısını etməyə çalışır. Ona görə də onun verəcəyi qərara hörmətlə yanaşıram.
Həm də çox sağ olsunlar ki, maraqlanırlar. Ən azından fikirlərində varam ki, belə açıqlamalar verirlər. Cavanlığa gəldikdə isə hamının gözündə cavan olaraq qalmışam. Birdən-birə “Neftçi”də gənc birisi kimi baş məşqçilik etməyə başladım. Sonra “Qarabağ”da bu işlərimi davam etdirdim. İstər-istəməz hamının fikrində cavan kimi qalmışam. Hər birinin fikrinə hörmətlə yanaşıram. Amma biz get-gedə daha da çox çalışırıq. İstəyirik ki, ən azı Azərbaycan futbolu üçün xeyirimiz dəysin. Düşünürəm ki, belə bir fikri çox da müdafiə etmək lazım deyil.
Təbii ki, mənə millidə işləmək təklif olunsaydı, müzakirə olunacaqdı. Bununla belə deyim ki, çox da cavan deyilik. Bu elə bir qərardır ki, ümumiyyətlə, Rövnəq müəllim də istəyir ki, Azərbaycan futbolu, milli komanda uğurlar qazansın. Bu, onlar üçün də çox böyük müzakirə mövzusudur. Əlbəttə, çalışırlar ki, düzgün qərar versinlər.
- Hazırda dünyada bir çox gənc baş məşqçi uğurla çalışır. Gənc olmaq hər hansı bir uğursuzluğun olacağına işarədir ki?
- Son vaxtlar Avropada həm klublarda, həm də milli komandalarda gənc baş məşqçilər çalışırlar. Gənc məşqçilərdə işləməyə həvəs, uğur qazanmaq istəyi daha çox olur. Yenə deyirəm, AFFA rəhbərliyinin fikirlərinə hörmətlə yanaşıram. Düşünürəm ki, sonda onlar daha düzgün qərar çıxaracaqlar. Onların etdiyi hər bir seçimə də biz hörmətlə yanaşacağıq. Yenə də çalışacağıq ki, bizim futbolumuz ən qısa zamanda irəliyə doğru addımlasın.
- AFFA prezidenti açıqlamasında millidə yerli baş məşqçinin çalışmasını istədiyini bildirib. Sadəcə onun fikrincə, Azərbaycanda millini çalışdırmağa qadir mütəxəssis yoxdur...
- Yerli mütəxəssisin seçimi elədir ki, çalışmalıdırlar düzgün qərar versinlər. Mən özümə aid sualı cavablandırdım. Fikrimcə, bu məsələnin çox da dərininə getmək düzgün olmaz. Mənim milliyə gəlməyim müzakirə mövzusu olub. Yadınızdadırsa, mən cavab vermişdim ki, hazırda “Qarabağ”dakı işlərimlə daha çox məşğul olmaq istəyirəm. Rövnəq müəllimin digər fikirlərinə münasibət bildirmək çox da düzgün olmazdı. Yenə deyirəm, bu elə bir seçimdir ki, onlar yanılmalı deyillər.
- Milli komandanın baş məşqçisi vəzifəsinə əsas namizəd kimi siz göstərilirdiniz. Siz isə bu məsələ ilə bağlı danışmaq istəmirdiniz. Sizcə, artıq milliylə bağlı danışmağın zamanı deyilmi? Sualı daha da konkretləşdirək: Milli komandada çalışmaq istəyiniz vardımı?
- Bilirsiniz necədi, hər bir ölkədə artıq yerli məşqçilərə güvənməyə başlayırlar. Hər hansı bir yerli mütəxəssisi milli komandaya gətirsələr, o, bu yükün altına girməlidir. Yəni bu məsuliyyəti öz üzərinə götürə bilməlidir. Əgər mənim adım hallanırsa, əlbəttə, oturub tam ətraflı bu məsələni danışmalı, sonra qərar qəbul etməliyik. Düşünürəm ki, hətta mən də bu dəvətə «yox» deməli deyiləm. Təbii ki, fikirlərimiz üst-üstə düşsə. Hər şeydən öncə inam və qarşılıqlı istək olmalıdır. Sonra isə milli üçün çalışıb, uğur qazanmaqdan ötrü güc sərf etmək olar. Yenə də deyirəm ki, bu elə bir qərardır ki, çalışıb ən düzgününü qəbul etməlidirlər. İndidən heç nə bəlli deyil. Ola bilər ki, Foqts getsin, yaxud qalsın. Hətta ola bilər ki, tamam başqa bir yerli mütəxəssis gəlib millini çalışdırsın.
- Bəzi söhbətlər gəzirdi ki, hətta Qurban Qurbanov milli komandaya gələcəyi təqdirdə ona xeyli təzyiqlər olacaqdı. Foqtsa yaradılan şərait sizin üçün qurulmayacaqdı... Bu fikirlərə münasibətiniz necədir?
- Belə bir şey mümkün deyil. Bunlar sadəcə boş söhbətlərdir. Hansı rəhbər istəməz ki, milli komandada nəticə olmasın? Baş məşqçinin özündən çox şey asılıdır. Rövnəq müəllimi mən də yaxşı tanıyıram. Dediyim kimi, “Neftçi”də birlikdə işləmişik. İnanmıram ki, belə bir şey olsun. O cümlədən də Elxan Məmmədov belə şeyin olmasını istəməz. Onlar da istəyir ki, məşqçiyə yaxşı şərait yaratsınlar və əvəzində nəticə tələb edə bilsinlər.
- Rövnəq Abdullayevin bu açıqlamasından sonra sizin milli komandaya baş məşqçi gətirilməyinizlə bağlı məsələ bir qədər arxa plana düşdü. Bu mənada, indi siz Berti Foqtsun millidəki durumu haqda nə düşünürsünüz? Foqts millidən getməlidir, yoxsa?
- Mənim buna fikir bildirməyim düzgün olmaz. Hər halda AFFA İcraiyyə Komitəsi bu məsələyə baxacaq. Onların bu məsələyə qiymət verməsi daha doğrudur.
Ümid AYXAN
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu