Qurban Qurbanov: «Mən o qədər də gənc deyiləm»

ÖLKƏ FUTBOLU 11 Noyabr 2011 / 17:39 2227
-  A +

«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevin bugünkü bəyanatına münasibət bildirib.

Qeyd edək ki, R.Abdullayev gənc olduğu üçün Qurbanovun millinin baş məşqçisi olmayacağını deyib.

Qol.Az-ın müxbiri ilə söhbətində isə Q.Qurbanov bildirib ki, Rövnəq Abdullayevin fikirlərinə hörmətlə yanaşır: «Amma onu deyə  bilərəm ki, mən o qədər də gənc deyiləm»

Q.Qurbanovun bu məsələylə bağlı geniş müsahibəsilə irəliləyən dəqiqələrdə tanış ola bilərsiniz.

Daha çox


Son xəbərlər