Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev sabah Albaniya yığmasına qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Sabah milli komandamız səfərdə Albaniya yığmasıyla yoldaşlıq görüşünə çıxacaq. Bu oyun haqda fikirlərinizi bilmək maraqlı olardı.
- Çoxları elə düşünürdü ki, Albaniya millisi ilə yoxlama oyununda sınaqdan çıxarılmaq üçün daha çox gənclərə üstünlük veriləcək. Lakin Nizami Hacıyevdən başqa komandaya başqa bir yeni futbolçu çağrılmadı. Fikrimcə, bu qarşılaşmanın böyük bir əhəmiyyəti yoxdur. Yalnız bir əhəmiyyət kəsb edə bilər ki, FİFA-nın reytinq sıralamasında xal qazana bilərik. Hansısa irəliləyişdən söhbət gedə bilməz. Əgər yoldaşlıq oyununda daha çox yeni futbolçular sınaqdan keçirilsəydi, bu, millinin xeyrinə olardı.
- Sizcə, yoxlama oyunu üçün daha güclü milli komanda seçmək olmazdımı?
- Mən də bir zamanlar milli komandanın sükanı arxasında olmuşam. Bir məsələ var ki, güclü komandalar bizimlə oynamaq istəyirlərmi? Onlar Azərbaycan yığmasıyla yoldaşlıq görüşünün keçirilməsinə yalnız kommersiya baxımından razılıq verə bilər. Belə razılığın da, qiyməti çox bahadır. Bu yerdə İspaniya millisinin Bakıya səfərini misal çəkmək olar. Yəni zəif komandalarla oyuna maraq yoxdur. Əgər bu gün Albaniyanı rəqib kimi tapa biliblərsə, bu özü böyük şeydir.
- Albaniya komandasını bizim yığmadan üstün sayanlar çoxdur. Siz necə fikirləşirsiniz?
- Bəli, mənim fikrimcə də, onlar indiki durumda bizdən güclüdülər. Deməzdim ki, tam olaraq. Amma bir az üstündülər. Düzdür, onların da futbolunda hardasa qalxış-eniş dövrü olub. Hazırda yaxşı günlərini keçirmirlər. Ancaq, belə baxanda səviyyəli yığmalardan biri hesab olunur.
- Əgər millimizin heyətində yeni gənc futbolçular sınaqdan keçrilməyəcəkdisə, belə bir yoldaşlıq oyununa ehtiyac vardımı?
- Mənim fikrimcə, buna ehtiyac yox idi. Ehtiyac onda olardı ki, təcrübəsi olmayan,istedadlı gənc futbolçulara belə oyunlarda şans verərək, sınaqdan keçirəsən. Çünki sabah bu futbolçular bizə gərəkli olacaq. Ancaq indiki heyətin getməsinin heç bir əhəmiyyəti yoxdur.
- Milliyə yeni çağrılan futbolçu yalnız Nizami Hacıyevdir. Məgər, milliyə dəvət ediləsi başqa futbolçumuz yoxdur?
- Düşünürəm ki, bir yeni oyunçu çox azdır. Bu yöndə daha diqqətli olmaq lazımdır. Ələ düşən belə şanslardan maksimum yararlanmağa çalışmalıdırlar.
- Ola bilərmi ki, Berti Foqtsun müqaviləsi başa çatır deyə, köhnə oyunçularla uğur qazanmaqla daha çox imicini qorumağa üstünlük verib?
- Millinin bir çox yoldaşlıq oyunu nəyəsə hazırlıq deməkdir. Lakin bu görüşün hazırlıq xarakteri daşıdığını söyləmək olmaz. Hər şeyin güzgüsü millinin keçirdiyi oyunlardı. Ən əsası tarixə yazılanlardı. Bilirsiniz, ən güclü, səviyyəli məşqçini gətirsək də, gərək onun üçün yaxşı bünövrə və məhsul olsun ki, həmin mütəxəssis nəticə göstərə bilsin. Əgər istənilən məhsul olmasa, kim gəlir-gəlsin, nəticə olmayacaq. Məncə, milli komandada yerli məşqçilərdən kimsə çalışmalıdır ki, bünövrəni yaxşı hazırlaya bilsin. Elə baş məşqçilər var ki, ancaq taktika qurmağa gəlir. Taktikanı qurmaq üçün əgər əlində material yoxdursa ,istəyirsən lap Mourinyo ol, xeyri olmayacaq. Bu bir reallıqdır ki, indiki zamanda Azərbaycan yığmasının gücü bura qədərdi.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı