Milli komandamızın və Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
- Komandan dünən Rusiya çempionatında “Rubin”i 1:0 hesabı ilə məğlub edə bildi. Əsas heyətdə meydana çıxıb 70 dəqiqə oyunda oldun. Qarşılaşma necə keçdi?
- Çətin rəqib idi. Oyun yaxşı keçdi. Matçdan qabaq komandamız haqda söz-söhbətlər gəzirdi. Buna baxmayaraq, “Rubin”ə qarşı ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, bizim üçün çox vacib olan üç xalı qazana bildik.
- Öz oyunun haqda nə deyə bilərsən?
- Mən neçə ildir futboldayam, amma indiyədək öz oyunuma qiymət verməmişəm. Əsas medianın, dostlarımın, baş məşqçinin mənim haqda fikirləridir. Mən sadəcə meydana çıxıb komandamın uğur qazanması üçün əlimdən gələni edirəm.
- “Volqa”nın heyətində hələ ki, qol vura bilməmisən. Vaqif Cavadovdan nə zaman qol gözləyək?
- Demək olar, hər oyunda qol vurmaq üçün şanslarım olur. Sadəcə, sonda nəsə çatışmır. Mən özüm də qol vurmaq istəyirəm. Hələ qarşıda oyunlarımız çoxdur. İnşallah, tezliklə qol vurub sizi sevindirəcəyəm. Əslində qolu kimin vurmağının elə də böyük əhəmiyyəti yoxdur. Önəmli olan komandamızın qələbə qazanmasıdır. Rusiyada çempionatın ilk dövrəsi artıq başa çatır. Son iki oyunumuzu oynayıb tətilə çıxacağıq. Daha sonra isə çempionluğa oynayan ilk 8-lik və 8-ci 16-cı yerlər uğrunda mübarizə başlayacaq.
- Tətildə Bakıya gələcəksən?
- Əlbəttə.
- Komandanızın baş məşqçisi Dmitri Çerışev dünənki oyundan sonra verdiyi açıqlamada səni tərifləyib...
- Baş məşqçimiz hər şeyi qıraqdan izləyib görür. Məşqlərdə çox çalışıram və bu da baş məşqçimizin gözündən yayınmır. Tək “Volqa”da deyil, oynadığım bütün klublarda çalışmışam ki, komandama xeyirli olum.
- Rusiya çempionatında çıxış edən həmyerlilərimiz Aleksandr Səmədov və Emin Mahmudovla görüşmək imkanın olubmu?
- Aleksandr Səmədovla hələ qarşılaşa bilməmişəm. Yəqin ki, “Dinamo” ilə oyunumuzda onunla rastlaşacağam. O ki qaldı Emin Mahmudova, onunla “Spartak”la oyunda görüşdük. Mənə yaxınlaşıb salam verdi. Mən də öz növbəmdə ona uğurlar arzuladım. Dedim ki, tez bir zamanda fikirləşsin və Azərbaycan milli komandasının dəvətini qəbul etsin. Dedim, dəvəti qəbul edib-etməmək sənin şəxsi qərarındır. Amma bütün millimizin üzvləri də istəyər ki, səni komandada görsünlər.
- Bəs, Eminin cavabı nə oldu?
- O da dedi ki, mən bu barədə fikirləşəcəyəm. Artıq oyunun başlamasına az qalmışdı deyə çox danışa bilmədik.
- Aleksandr Səmədovun Rusiya millisini seçməyi Azərbaycanda birmənalı qarşılanmadı. Hətta Səmədovu vətənə xəyanətdə suçlayanlar da oldu. ..
- Aleksandr Səmədov öz sözünü demiş bir oyunçudur. Çoxdandı söyləyirdi ki, mən Rusiya yığmasının şərəfini qorumaq istəyirəm. Hər bir insanın öz şəxsi düşüncəsi var. Məncə, buna hörmətlə yanaşmaq lazımdır. Hər halda Səmədov bir vaxtlar millimizə gəlmişdi. Bəzi səbəblərə görə milli komandamızdan bəlkə də inciyib. Bunu biz deyə bilmərik. Təbii ki, Səmədov kimi bir oyunçunun milli komandamızda oynamasını istəyərdik. O isə artıq öz seçimini etdi. Ona sonradan dəfələrlə təklif göndərməyin də heç bir mənası yox idi. Əgər gəlmək istəsəydi, ilk dəfədən millimizi seçərdi.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı