“Bakı” klubunun braziliyalı futbolçusu Joao Silvinyo de Karvalyonun Qol.Az saytına müsahibəsi
- Uzun fasilədən sonra yenidən “Bakı”nın əsas komandasında meydana çıxdın və “Kəpəz”lə görüşdə vacib qələbə qazandınız. Bu görüş barədə təəssüratlarını bilmək maraqlı olardı...
- “Kəpəz”lə oyunda 3:1 qələbə qazanmağımıza baxmayaraq, görüş çox çətin alındı. Stadion bərbad vəziyyətdə idi. Bununla belə, meydanda sonadək oynadıq və qələbə qazandıq. Bu qələbədə futbolçuların birliyi ilə yanaşı, baş məşqçi Aleksandr Starkovun da böyük əməyi oldu. Məhz Starkovun oyunu oxuması və düzgün taktiki gedişlər etməsi 3 xal qazanmağımıza kömək oldu.Yenidən əsas komandaya qayıtmağıma gəldikdə isə bu mənim üçün normal idi. Baş məşqçi şans verdi, mən də çıxdım oynadım.
- Bir müddət “Bakı”da əvəzedici heyətin komandasında çıxış etdin. Baş məşqçi tərəfindən əvəzedici heyətə göndərilməyini necə qarşıladın?
- Əvəzedici heyətə məni baş məşqçi göndərməyib. Bunu mən özüm istəmişdim. Çünki həmin vaxt formada deyildim. Ona görə də bir müddət əvəzedici heyətdə çıxış etməyə qərar verdim.
- Yeri gəlmişkən, baş məşqçi Aleksandr Starkovla münasibətlərin necədir? Aranızda hər hansı bir problem yoxdur ki?
- Xeyr. “Kəpəz”lə oyundan sonra artıq 3 dəfə bu barədə məndən soruşublar. Yenə deyirəm ki, Starkovla aramda heç vaxt problem olmayıb. İnanmıram ki, bundan sonra da nəsə olsun. Əksinə biz çox yaxşı anlaşırıq.
- “Bakı”da Uinston Parks və Marius Verpakovskis kimi təcrübəli hücumçular var. Bu oyunçularla rəqabət aparmaq sənin üçün çətin olmayacaq?
- Rəqabət deyəndə ki, “Bakı”da bütün mövqelərə güclü futbolçular var. Ancaq bununla belə, bir-birimizi qırası deyilik ki?! Kimin oyunu yaxşı alınarsa, o da meydana çıxacaq. Digəri isə öz vaxtını gözləməli olacaq. Təbii ki, buna baş məşqçi qərar verəcək.
- Premyer Liqanın növbəti turunda “Bakı” öz meydanında Tovuzun “Turan” klubu ilə qarşılaşacaq. Bu oyun haqda nə düşünürsən?
- Məncə, bu oyun da çətin keçəcək. Çünki “Turan” bizim üçün güclü rəqibdir. Lakin “Bakı” kimi komanda üçün bu görüşdə qələbə qazanmaq çətin olmamalıdır. Üstəlik bu oyunda mütləq qələbə qazanmalıyıq. Xal itkisinə yol vermək olmaz. Bununla belə, rəqibə də hörmətlə yanaşırıq.
- Bu mövsüm komandanın qarşısına hansı məqsəd qoyulub?
- “Bakı” klubu hər mövsümdən öncə çempionata yaxşı hazırlaşır və yalnız çempionluq uğrunda mübarizə aparır. Bu mövsüm də istisna deyil. Komanda artıq yavaş-yavaş özünə gəlir. Qarşıdakı bütün oyunlara da yalnız 3 xal üçün çıxacağıq və sonda çempionluğa ümid edirik. Əlimizdən gələni edəcəyik ki, “Bakı” bir daha çempion olsun.
- Bəs, çempionluq yolunda hansı komandaları özünüzə ciddi rəqib görürsünüz?
- Çempionluq uğrunda mübarizə aparan komanda üçün bütün klublar ciddi rəqibdir. Burada fərq qoymaq düzgün deyil. Bütün komandalara ciddi yanaşmalıyıq ki, sonda uğur qazanaq.
- Bu mövsüm Premyer Liqada çıxış edən hansı komandanın oyununu bəyənirsən?
- Yalnız “Bakı”.
- Bir hücumçu kimi sənin üçün Premyer Liqada ən çətin keçilən müdafiəçi hansıdır?
- “Qarabağ”, “İnter”, “Neftçi” və digər iddialı klubların heyətində güclü müdafiəçilər var. Ancaq “İnter”dən Danildo Assiolini xüsusi fərqləndirərdim.
- Təxminən 2 il yarımdır ki, Azərbaycandasan. Bu müddət ərzində futbolumuzda hansı dəyişikliklərin şahidi olmusan? Ümumiyyətlə, futbolumuzda hər hansı inkişaf və ya geriləmə nəzərə çarpırmı?
- Gəldiyim illə müqayisədə futbolunuzda çox böyük irəliləyişlərin olduğunu söyləyə bilərəm. Bir sıra klublarda inkişaf hiss olunur. Ancaq Azərbaycanda əsas problem stadionların bərbad vəziyyətdə olmasıdır. Çox təəssüf ki, “Kəpəz” kimi bir komandanın stadionu yararsız haldadır. Orada futbol oynamaq qeyri-mümkündür. Gəncədə sözün həqiqi mənasında palçığın içində oynayırdıq. Meydançada ancaq qum və su var idi. Ot deyilən şeyə rast gəlmədim. Bu isə yaxşı oyun göstərməyə mane olur.
- Qış transfer pəncərəsi dönəmində və ya mövsümün sonunda komandanı dəyişmək fikrin varmı? Təklif gəlsə, gedərsən?
- Xeyr. Çünki mənim “Bakı” ilə 1 illik müqaviləm var və buradan ayrılmaq fikrim də yoxdur. Üstəlik klub prezidenti Hafiz Məmmədovla da çox yaxşı münasibətim var. Ona görə də “Bakı”da qalmağı üstün tuturam.
- Sonda azarkeşlərə nə sözün var?
- Azarkeşlərə sözüm odur ki, hər zaman komandanın yanında olsunlar. Biz də çalışıb “Bakı”nın əvvəlki əzəmətini qaytarmaq istəyirik. İnanıram ki, bu mövsüm istəyimizə nail olacağıq.
Vüsal HÜSEYN
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu