“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın son turunda axırıncı pillələrdə qərarlaşan “Türan”la oyunda çətinliklə qələbə qazandınız. Səncə, niyə?
- Əgər rəqib bütün komandayla müdafiə olunursa, qələbə qazanmaq da çətinləşir. Məncə, Tovuz təmsilçisi Bakıya bir xal qazanmaq istəyi ilə gəlmişdi. Yaxşı bilirsiniz ki, Əsgər Abdullayev daha çox müdafiə futboluna üstünlük verir. Düşünürəm ki, “Turan” hələ çox iddialı klubun başağrısına çevriləcək. Mən sizə deyərdim ki, “Turan”la görüş çox gərgin keçdi. Biz hətta həmin oyunu uduza da bilərdik.
- Qələbə qazanmağınızda daha çox kim pay sahibi oldu?
- Kimlərisə xüsusi fərqləndirmək istəməzdim. Çünki qalib gəlməyimizdə hər kəsin rolu böyük oldu. Bir şey deyə bilərəm ki, üç xalı əldə etməyimizin əsas səbəbi rəqibdən daha istəkli oynamağımız idi.
- Baş məşqçiniz Böyükağa Hacıyev səni öz mövqeyində oynatmır. Bu, sənə çətinlik yaratmır?
- Doğru söylədiniz ki, öz sahəmdə çıxış etmirəm. Lakin hazırda çıxış etdiyim mövqedə özümü çox rahat hiss edirəm. Mənim üçün heç bir fərqi yoxdur. Məşqçi harda oynatmağı məsləhət görürsə, canla-başla hazıram. Birdəki daha çox hücuma meyilli futbolçu olduğum üçün heç bir çətinliyim yoxdur.
- Həftə sonu sizi “Xəzər Lənkəran”la prinsipial oyun gözləyir. “Neftçi” necə ildir “Xəzər Lənkəran”a qalib gələ bilmir.
- Əvvəla azarkeşlər üçün gözəl bir oyun olmasını istəyirik. Çünki belə qarşılaşmalar hər zaman ajiotaja səbəb olur. Ən böyük istəyim isə bu tilsimi qıraraq nəhayət, qələbə qazanmaqdır. Bu qələbəni bütün “Neftçi”sevərlər səbirsizliklə gözləyir. İnşallah, onların arzusunu ürəklərində qoymarıq.
- “Neftçi” istər maddi durumuna, istərsə də legioner futbolçularına görə “Xəzər Lənkəran”la demək olar ki, eyni səviyyədədir. Bəs, nədən onlara qalib gəlmək sizin üçün müşkülə çevrilib?
- “Neftçi” qalib gəlmək üçün əlindən gələni edir.Hətta Lənkərandakı minimal hesabla uduzduğumuz oyunda da üstün tərəf biz idik. Əslində o görüşdə məğlubiyyətə layiq deyildik. Oyun ən azı heç-heçə başa çatmali idi. Amma rəqib əlinə düşən nadir qol imkanından və bizim buraxdığımız adi səhvdən maksimum yararlana bildi. Yoxsa, biz “Xəzər Lənkəran” qarşısında baş əyən komanda deyilik. Heç zaman onlarla mübarizədən çəkinməmişik. Burada kimisə xüsusi olaraq günahlandırmaq düzgün olmazdı. Lakin nədənsə bu dəfə hiss edirəm ki, “Xəzər Lənkəran”ı Bakıda məğlub edəcəyik.
- “Xəzər Lənkəran” təsnifat mərhələsinin birinci dövrəsini “Neftçi”dən dörd xal üstün olmaqla lider kimi bitirdi. Bu mövsüm “Xəzər Lənkəran”ın çempion ola biləcəyi sizdə bir təlaş yaratmır?
- Onları da qarşıda həl xeyli çətin oyun gözləyir. Hələ heç kim hansı komandanın indidən çempion olacağını əminliklə söyləyə bilməz. Kim xal itirəcək, kim qazanacaq, hələ bilinmir. Birdə ki, çempionluq uğrunda əsas mübarizə, “altılıq”da gedəcək. Duraq indidən barışaq ki, “Xəzər Lənkəran” və ya başqası indidən çempiondur, düz olmaz.
ƏLİ HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi