«Qarabağ» dünya reytinqində irəlilədi

«Qarabağ» dünya reytinqində irəlilədi
ÖLKƏ FUTBOLU 2 Noyabr 2011 / 11:20 2509
-  A +

Ağdamın «Qarabağ» klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladağı dünyanın ən güclü klublarının son reytinq siyahısında 303-cü pilləyə qalxıb.

Qol.Az-ın məlumatına görə, komandamız ötən ayla müqayisədə 10 pillə irəliləməyi bacarıb. Hazırda Ağdam klubunun aktivində 71,0 xal var.

Qeyd edək ki, 400 komandanın yer aldığı siyahıda Azərbaycandan yalnız «Qarabağ»ın adı yer alıb.

Reytinq cədvəlinə əvvəlkitək İspaniya «Barselona»sı (335,0 xal) rəhbərlik edir. İkinci yeri Madrid «Real»ı (309,0), üçüncü pilləni isə İngiltərinin «Mançester Yunayted» (280,0) klubu tutur.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...