“Çempionatın son oyununda - «Turan»la qarşılaşmada rəqib müdafiəyə meyilli futbol nümaiş etdirdi. Belə olan halda onların qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaq çox çətindir. Bütün bunlara baxmayaraq, qol vurmaq üçün xeyli imkanlar əldə etdik. Təəssüf ki, qazandığımız real qol imkanlarının yalnız birindən istifadə etdik. Nəticədə də, qələbə qazanaraq aktivimizə növbəti üç xalı yazdıq».
Bu sözləri «Neftçi»nin yarımmüdafiəçisi Cavid Hüseynov Qol.Az saytının müxbiri ilə söhbətində bildirib.
Həmin qarışlaşmada “Neftçi”nin bir qolunun qeydə alınmaması barədə sualı cavablandıran C.Hüseynov oyunun videoyazısına baxa bilmədiyini deyib: “Onsuz da mən heç bir zaman belə epizodlarda hakimlə mübahisə etmirəm. Sadəcə olaraq, “Gəncə” ilə oyundan sonra yan hakimə yaxınlaşaraq soruşdum ki, çıxardığın offsayd qərarı düzgün idi? Hakim müsbət cavab verdiyini eşitdikdən sonra ona inandım. Fikirləşdim ki, hakim düz deyir. Lakin sonra görüşün videoyazısını izləyərkən, yan hakimin yanlış qərar verdiyini gördüm. Bu, mənə çox pis təsir etdi”.
C.Hüseynov deyib ki, həmin oyunu gənc və təcrübəsiz hakimlərin idarə etməsi də öz sözünü deyib: “Birdə ki, futbolumuz necə inkişaf edirsə, gərək hakimlərin də peşəkarlığı elə yüksəlsin.. Lakin oyunun nəticəsinə təsir edəcək qolu saymamaq bizi çox üzdü. Elə bil, qələbəni əlimizdən aldılar. Əgər qolu qeydə alsaydılar, indi turnir cədvəlində liderliyə daha yaxın olardıq. Yəqin ki,bundan sonra hakimlər belə vacib görüşlərdə ciddi səhvlərə yol verməzlər”.
Son iki turda “Neftçi”nin qələbəsi haqda danışan C.Hüseynov deyib: “Kollektiv şəkildə bir daha sübut elədik ki, “Neftçi” öz oyun üslubunu bərpa edib. Bu,balaca bir iş deyil ki, 0:2 hesabı ilə məğlub duruma düşərkən, sonradan gəlib “Qarabağ” kimi komandaya 3:2 qalib gələsən. Burada psixoloji amil, futbolçuların fərdi ustalığı və məşqçi işi də böyük rol oynayır. Hər biri kompleks şəkildə öz nəticəsini verir. Böyükağa Hacıyevin məşqçiliyini mən bir futbolçu kimi çox bəyənirəm”.
C.Hüseynov bu həftənin bazar günü Bakıda “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyun barədə də danışıb: “Fikrimcə, bu görüş “Neftçi” üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə xüsusi əhəmiyyət daşıyır ki, biz “Xəzər Lənkəran”ı üç ildi, məğlub edə bilmirik. Mənə elə gəlir, futbolçularımız da o fikirdədir ki, artıq onları məğlub etməyin vaxtıdır. Bu gündən məşqlərə başlamışıq. Komandada bu qarşılaşma öncəsi çox yüksək əhval-ruhiyyə hökm sürür. İnanıram ki, bu dəfə qələbə qazanan tərəf biz olacağıq”.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı