Qol.Az-ın Moskvadakı müxbiri Rusiya milli komandasının və “Spartak”ın hücumçusu İvan Saenkodan Azərbaycanla oyun haqda eksklüziv müsahibə alıb.
- Azərbaycan milli komandası haqda hansı məlumatlara maliksiniz?
- Azərbaycan çempionatı haqqqında Rusiya mətbuatında heç bir informasiyaya yer verilmir. Milli komandanızın ancaq son oyunlarının nəticələrindən xəbərdaram. Onu da bilirəm ki, millinizə Berti Foqts rəhbərlik edir.
- Yəqin ki, martın 28-dəki matçda Rusiyanı yalnız qələbə qane edir.
- Əlbəttə. Evdə oynayırıq və buna görə də mütləq qalib gəlməliyik. Həm də nəzərə almaq lazımdır ki, Rusiya millisi səviyyə baxımından Azərbaycanı xeyli qabaqlayır. Sizin milli komandanız yalnız indi-indi formalaşmağa başlayır. Berti Foqtsun zamana ehtiyacı var. Fikrimcə, Azərbaycan millisi bizimlə oyunda heç-heçəyə çalışacaq.
- Azərbaycan milli komandasının oyununu izləmisiniz?
- Hələ ki, yox. Oyuna hələ iki gün var. Tam oyuna baxmasam da, millinizin iştirakıyla keçirilmiş son matçlardan bəzi fraqmentləri izləmişəm.
- Necə düşünürsünüz, Azərbaycan millisi sürpriz nəticəyə imza ata bilər?
- Bildiyiniz kimi, son Avropa çempionatında milli komandamız böyük uğura imza atdı. Buna görə də azarkeşlər hər oyunda bizdən qələbəylə yanaşı, gözəl oyun da gözləyirlər. Buna görə də hesab edirəm ki, biz Azərbaycanla qarşılaşmada qələbəylə yanaşı, həm də gözəl oyunumuzla azarkeşlərin qəlbini oxşamalıyıq. Təbii ki, bu heç də asan olmayacaq. Çünki bizdə yeni mövsüm hələ təzə başlayıb.
- Rəqibi qiymətləndirməmək Rusiya milli komandasına əlavə problem yarada bilər?
- Fikrimcə, biz Azərbaycanla oyunda heç bir problemlə qarşılaşmayacağıq. 90 dəqiqəni çətinlik çəkmədən başa vuracağıq. Bununla belə, rəqibə hörmət etdiyimizi də deməliyəm. Əsas komanda oyunu sərgiləməkdir. Komandamızın üzvlərinin hamısı peşəkar oyunçulardır və onlar çox gözəl başa düşürlər ki, qarşıdakı iki matçda - Azərbaycan və Lixtenşteynlə oyunlarda mütləq 6 xal qazanmalıyıq. Buna görə də inanmıram ki, futbolçulardan kimsə oyuna qeyri-ciddi yanaşa. Bu iki oyunda xal itirmək bizim planlarımıza daxil deyil.
- Azərbaycan milli komandasından nə gözləyirsiniz?
- Azərbaycan millisindən yaxşı oyun gözləyirəm. Onlar gözəl oyun sərgiləmək üçün bütün güclərini meydanda qoyacaqlar. Axı sizin milli komandanızın itiriləsi heç nəyi yoxdur. Buna görə də biz çox diqqətli olmalıyıq.
- Sizcə, oyun hansı hesabla başa çatacaq?
- Oyunun nəticəsini matçdan sonra deyə bilərəm. Bir qədər səbr edin və özünüz hər şeyi görəcəksiniz.
Postekoqlu od püskürdü
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi