Qol.Az saytının suallarını Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov cavablandırır
- Bu tur Premyer Liqada təsnifat mərhələsində birinci dövrə başa çatır. Bir mütəxəssis kimi klublarımızın çıxışlarını dəyərləndirməyinizi istərdim.
- Birinci mərhələnin lideri artıq bəllidir. Ancaq deyim ki, klublar stabil oyun göstərmədilər. Yalnız axırıncı turlarda bəzi komandalar çıxışlarıyla yaxşı təsir bağışladılar. Lakin bu o demək deyil ki, komandalar ağllı oynayıblar. Yox, sadəcə oyunlarda gərgilik hiss olunurdu. Düşünürəm ki, ikinci dövrədə komandalar daha yaxşı çıxıh edəcək..
- Birinci turdan təxirə düşən “Neftçi”-“Qarabağ” oyunu bol qollu və maraqlı bir məcrada kecdi. Həmin oyun haqda da fikirlərinizi öyrənmək maraqlı olardı?
- Həmin qarşılaşmanı canlı izləyə bilməsəm də, sonradan baxdım. İlk yarıda “Qarabağ” yaxşı təsir bağışlayaraq, rəqib qapısından iki top keçirə bilmişdi. Lakin ikinci hissədə “Neftç” daha inamlı oyun nümayiş etdirərək qələbə qazana bildi. Ümumiyyətlə, bu klublar arasındakı görüşlər hər zaman gərgin və maraqlı keçib. Fikrimcə, hər iki komanda yaxşı təsir bağışladı.
- “Qarabağ”ın bu mövsümdə göstərdiyi oyunlarla bağlı fikirləriniz necədir?
- Onların ilk növbədə oyunçu problemləri var. Çempionluq uğrunda mübarizə aparırsansa, gərək hər mövqedə ehtiyat futbolçuya malik olasan. Əgər ehtiyat skamyan zəngin deyilsə, qoyulan məqsədə çatmaq çox çətindir. Hansısa bir qarşılaşmada əsas oyunçularından biri zədələnərək meydanı tərk etdikdə, onun yerinə layiqli futbolçu tapılmırsa, onda məqsədinə nail olmaq çətinləşir. Onsuz da bizim meydançalarda zədələnməmək mümkün deyil. Bir futbolçu bu gün ot örtüyündə, sabah süni meydançada oynayırsa, əlbəttə ki, zədələr qaçılmazdı. Digər tərəfdən, stadionların istənilən səviyyədə olmmaası belə çətinliklərə gətirib çıxarır. Mənim fikrimcə, “Qarabağ” qış transfer pəncərəsi açılanda mütləq oyunçu almalıdır.
- Bəziləri “Qarabağ”ın son oyunda “Neftçi”yə məğlub olmasında Qurban Qurbanovu günahlandırır. Siz necə düşünürsünüz?
- Məşqçini bu qədər günahlandırmaq düzgün deyil. Qurban müəllim dəyişikliyi komandasının uğur qazanması naminə edib. O istəməzdi ki, etdiyi taktiki gedişdən sonra “Qarabağ” məğlub olsu.s Sadəcə istədi ki,, orta xətti gücləndirsin. Yaxşı blirsiniz ki, Qara Qarayev bir qədər müdafiəyə meyilli futbolçudur.Yəni hər şeyi bu taktiki gedişin və Qurbanın üstüna atmaq düzgün olmaz. Meydanda olan futbolçuların üzərinə məsuliyyət daha çox düşməlidir.
- Birinci dövrənini son turunda hansı görüşün daha maraqlı məcrada keçəcəyini düşünürsünüz?
- Məncə,Quzanlıda baş tutacaq «Qarabağ» - «Bakı» oyunu daha maraqlı olacaq. Əvvəla ”Qarabağ” son oyununda onlara çempionluq yolunda vacib olan üç xal itirdi. İndi onlar döğma torpaqları və azarkeşləri önündə çıxış edəcəklər. Dgər tərəfdən, «Bakı» son vaxtlar daha yaxşı çıxış edərək, məhsuldarlığı ilə diqqət çəkr. Ona görə də mən həmin qarşılaşmanı üç deyil, altı xallıq bir oyun hesab edirəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı