“Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanovun Qol.Az saytına müsahibəsi
- “Neftçi ilə keçirdiyiniz son görüşdə qələbə qazanmağa yaxın olsanız da, sonda bir xalla kifayətlənməli oldunuz.
- Rəqibin ölkənin ən iddialı klublarından biri olduğunu çox gözəl anlayırdıq. Məhz bu üzdən həmin oyuna daha yaxşı və məsuliyyətlə hazırlaşmışdıq. Çox istəyirdik ki, onları Gəncədə məğlub edərək, üç xal alaq. Əlimizə qol vurmaq üçün xeyli imkan düşsə də, bunların yalnız birindən yararlana bildik. Ancaq belə çətin rəqiblə matcdan sonra bir xal qazanmaq pis nəticə deyil.
- Gəncədəki oyundan sonra “Neftçi”nin futbolçuları üç xal əldə edə bilməmələrinə görə oyunun baş hakimi Anar Salmanovu günahkar çıxardılar.
- Mən belə düşünmürəm. Ona qalsa, bizim o qədər oyunlarımız olub ki, vurduğumuz qolları qeydə almayıblar. Onda biz də etiraz edək ki, hanı bizim üç xalımız? Fikrimcə, bəzi xırda səhvləri nəzərə almasaq, ədalətli və təmiz oyun oldu. Əgər xal almağa gəlmisənsə, meydanda bacardığını etməlisən.
- Qarşıda sizi çempionatın lideri “Xəzər Lənkəran”la ağır oyun gözləyir.
- Həqiqətən də Premyer Liqada qarşılaşacağımız rəqiblər arasında ən təhlükəlisi məhz “Xəzər Lənkəran”dır. Onlar öz meydanlarında daha inamlı təsir bağışladığından, rəqiblərini hətta böyükhesablı məğlubiyyətlərə uğrada bilirlər. Məhz buna görə də həmin oyunda daha diqqətli və ehtiyatlı olmalıyıq.
- Onda belə çıxır ki, daha çox müdafiəyə diqqət ayıracaqsınız?
- Onlarla görüşdə hücum futboluna üstünlük vermək, açıq oyun nümayiş etdirmək xeyrimizə olmaz. Hər kəs yaxşı bilir ki, “Xəzər Lənkəran” hücumda gözəl oynamaqla yanaşı, əla hücumçulara da malikdir. Ona görə də düşünürəm ki, həmin oyunda daha çox əks-hücum futboluna üstünlük verəcəyik. İnanıram ki, səfərdən sərfəli nəticəylə dönə bilərik. Komandamızda futbolçuların əhval-ruhiyəsi əla olduğundan ancaq yaxşı nəticəyə köklənmişik.
- “Kəpəz”in əsas heyətində daim çıxış etsən də, vurduğun qollar və verdiyin məhsuldar ötürmələrlə diqqət mərkəzində olsan da, Berti Foqts səni milliyə yenə çağırmır. Səncə, niyə?
- Mən futbolçuyam və çalışıram ki, özümü meydanda maksimum göstərim.O da millinin baş məşqçisi olduğu üçün vəzifəsi yaxşı nəticə göstərən futbolçuları milli komandaya çağırmaqdır. Əgər Foqts bunu etmirsə, özü bilər. Mən ona yalvarası deyiləm ki...
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı