Məlum olduğu kimi “Qəbələ” hücum xəttini gücləndirmək niyyətilə bu ayın əvəllərində heyətə yeni futbolçu cəlb etdi. Komandaya 3 həftə əvvəl qoşulan və əslən Fil Dişi Sahillərindən olan afrikalı futbolçu “Qəbələ”nin heyətində qüvvəsini sınamağa imkan da tapıb. Qeyd edək ki, 27 yaşlı mərkəz hücumçusu indiyə qədər vətənində “Stella Club”la, yanaşı Cənubi Afrika Respublikasının “Kayzer Çiefs” və “Thanda Royal Zulu”, eləcə də Türkiyənin “Antalyaspor” komandalarında top qovub. Futbolçu “Qəbələ FK”ya açıqlamasında futbola gəlişindən, yaxın keçmişindən danışıb.
- Ötən həftə “Qəbələ”nin MOİK-lə yoldaşlıq oyununu nəzərə almasaq, 4 aydır ki, futbol oynamırsınız. Futbol oynamaq üçün çoxmu darıxmısınız?
- Bəli, həddən çox darıxmışam.
- Futbola gəlişiniz necə olub?
- Fil Dişi Sahillərində, Abican şəhərində anadan olmuşam. 7 yaşıma çatanda valideynlərim və qardaşım istəyirdilər ki, yaşıdlarım kimi mən də məktəbə gedim, təhsil alım. Mən isə əksinə, futbolçu olmaq arzusunda idim. Doğrudur, bir müddət məktəbə getdim. Amma sonda məktəbi atıb, birdəfəlik futbolu seçdim.
- İlk komandanız hansı olub?
- Futbolla doğma şəhərim Abicanın “Stella Club” komandasında məşğul olmağa başlamışam. Hərçənd atam futbola getməyimin əleyhinə idi, amma sonda futbol məktəbinə məni özü apardı. Futbolda ilk bilgilərimi “Stella Club”un Futbol Akademiyasında almışam. Peşəkar futbolçu kimi yetişdikdən sonra isə bir müddət bu komandanın heyətində ölkə birinciliyində çıxış etmişəm.
2002-dən 2005-ci ilə qədər, yəni komandanı tərk edənə qədər 50 oyunda 40 qol vurdum. “Stella Club”da oynayanda liqanın ikinci bombardiri idim.
- Sonra Cənubi Afrika Respublikasına yollandınız və “Kayzer Çiefs”, daha sonra isə “Tahanda Royal Zulu” da oynadıınız. Bu klublardakı çıxışnız hansı əlamətdar hadisə ilə yaddınızda qalıb?
- 2005-ci ildə “Kayzer Çiefs”lə 3 illik müqavilə bağladım. 2 il bu komandada oynadıqdan sonra növbəti il icarəli əsaslarla “Tahanda Royal Zulu”da çıxış etdim.
“Kayzer Çiefs”də uğurlarım olub. Afrikada “Vodacom Challenge Cup” adlı qitəmiqyaslı bir turnir keçrilir. 2006-cı ildə, turnirin əsasının qoyulmasından 4 il sonra yarışın qalibi olduq. Həmin il Cənubi Afrikanın ən yaxşı komandalarından olan “Orlando Pirates”i, ardınca finalda “Mançester Yunayted“i məğlub edərək kuboka sahib çıxdıq. Mən isə ən sərrast futbolçuların siyahısında ikinci oldum.
-Bəs, “Antalyaspor”a keçidin necə baş verdi?
- “Kayzer Çiefs”də Con Moşeu adlı futbolçu vardı. 2005-2006-cı illər mövsümündə bu futbolçu ilə “Kayzer Çiefs”in uğurları üçün tər tökmüşəm. Con bir dəfə dedi ki, yaxşı oynasam, daha doğrusu, çox qol vursam, məni Türkiyəyə aparacaq. O vaxt onun sözlərini zarafat kimi qəbul etmişdim. Amma o, sözünə əməl etdi və 2008-ci ildə məni “Kocaelispor”a apardı. 3 həftə bu komandanın heyətində təlim-məşqlərdə iştirak etdim. Amma ödəməyə pulları olmadığına görə, keçidim baş tutmadı. Sonra “Antalyaspor” mənimlə maraqlanmağa başladı. Elə oldu ki, bu komanda ilə yoldaşlıq oyununda oynadım və qol vurdum. Bu oyundan sonra “Antalyaspor”la müqavilə bağladım.
- 3 il “Antalyaspor”da oynamısınız. Türkiyə çempionatını Azərbaycan birinciliyi, “Antalyaspor”u “Qəbələ” ilə müqayisə edə bilərsinizmi?
- Türkiyə çempionatında oynamaq daha çətindir. Əvvəla Türkiydə sürətli futbol oynayırlar. Buna görə də, futbolçunun fiziki hazırlığı yüksək olmalıdır. Həm də Türkiyə çempionatında daha güclü və səviyyəli futbolçular top qovur. Azərbaycan çempionatının da bir neçə oyununu izləmişəm. Futbolçuların səviyyəsi yaxşıdır. Sadəcə, futbolun səviyyəsi, oyunlarlın sürətinə görə çempionatınız qonşu ölkənin birinciliyindən geri qalır. “Antalyaspor”la “Qəbələ”ni müqayisə etsək, deyə bilərəm ki, eyni səviyyəli klublardır.
- Məlumat vardı ki, siz “Qəbələ”yə keçənə qədər Qətərdan olan bir klubla danışıqlarınız olub. Nə üçün həmin keçidiniz baş tutmadı?
- Bu yay Qətərin “Əl Əhli” klubundan dəvət almışdım. Mənə viza açdılar, biletimi aldılar. Qətərə yollandım və bir həftə komandanın düşərgəsində oldum. Hər şey qaydasında idi, müqavilə imzalamağa hazırlaşırdım ki, gözlənilməz olaylar klubla münasibətlərimi rəsmişəldirməyə imkan vermədi. Belə ki, birdən-birə 3-4 menecer ortaya çıxıb mənim onların oyunçusu olduğumu iddia etdi. Halbuki, mənim heç vaxt şəxsi agentim olmayıb. Qəribə bu idi ki, mən həmin adamları ömrümdə birinci dəfə idi görürdüm. Klub isə baş tutacaq keçidin müqabilində kiməsə ödəmə etməli idi. İşin bu hala gəlməsi transferimi gerçəkləşdirməyə mane oldu. Buna görə də, Fransaya qayıtdım. Bir müddət sonra isə məni Azərbaycana dəvət etdilər.
- Baş məşqçimiz Toni Adam sizi harda görüb, bəyənib?
- Bu, mənim üçün də sirdir. Ola bilsin video görüntülərimi izləyib, ya da, Türkiyə çempionatında oyunlarımı görüb.
- “Qəbələ”də nəyə ümid edirsiniz?
- Qəbələyə gəldikdən sonra 2 həftə ərzində Adamsın köməkçisi Fatih Kavlakın başçılığı altında hazırlıq keçdim. Ötən mövsüm zədə üzündən özümü “Antalyaspor”da sübut edə bilmədim. İndi isə necə deyərlər, acıqlıyam, futbol üçün “acmışam”. Futbolçu kimi hələ çox faydalı olduğumu özümə də sübut etmək isətəyirəm.
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı