“Bakı”nın müdafiəçisi Elvin Əliyev Premyer Liqanın son turunda qarşılaşdıqları “Xəzər Lənkəran”la oyunla bağlı Qol.Az-ın suallarını cavablandırıb
- Evdə “Xəzər Lənkəran”la 2:2 hesabı ilə bərabərə qaldığınız görüş haqda nə deyə bilərdin?
- Həmin oyun geridə qalsa da, onun təəsüratlarını hələ də yaşayırıq. Çünki “Xəzər Lənkəran”la keçirdiyimiz qarşılaşmanı bəlkə də çempionatın ən maraqlı oyunu adlandırmaq olar. Baxmayaraq ki, hava şəraiti əlverişli deyildi, buna rəğmən, məhsuldar və maraqlı oyunun şahidi olduq. Məncə, həmin görüşdə “Bakı” qələbəyə layiq idi.
- İlk yarıda daha çox hücum edən tərəf “Bakı”olsa da, qolu qonaqlar vurdu. Bəs, fasilədə baş məşqçiniz Starkov sizə nələr söylədi ki, dalbadal iki qol vurdunuz?
- Ümumiyyətlə, biz bu görüşə qələbə əzmi ilə çıxmaqla yanaşı, psixoloji tərəfdən də yaxşı hazırlaşmışdıq. İlk yarıdan sonra baş məşqçimiz Aleksandır Starkov bizə “mən sizə inanıram, hələ heç nə itirilməyib” deyərək komandaya dəstək oldu. Və özünün taktiki tapşırıqlarını verərək hər şeyin hələ qabaqda olduğuna inandırdı. Məncə, pis alınmadı. Komandamız xarakter göstərərək, əsl döyüşkənlik nümayiş etdirdi.
- Komanda yoldaşın Uinston Parksın vurduğu qollar nəticəsində məğlubiyyətdən xilas oldunuz. Dəyəsən, Parks artıq tənqidlərdən nəticə çıxarmağa başlayıb.
- Hər kəs yaxşı bilir ki, Parks çox texnikalı, səviyyəli və qol vurmağı bacaran bir futbolçudur. Çoxları onun “Bakı”dakı oyununu bəyənməyərək formasını itirəcəyini düşünsə də, gözlənilənlərin əksinə oldu. O öz sözünü deyərək,vurduğu qollarla bunu sübut etdi.
- Həmin oyunda Cəmşid Məhərrəmovun ikinci sarı vərəqə alaraq, meydandan qovulmasından sonra “Bakı” qələbəni əldən verdi. Səncə, baş hakim Fariz Yusifov həmin epizodda düzgün qərar verdi?
- Həmin epizodda Fariz Yusifov Cəmşidi bağışlayada bilərdi. Çünki Çəmşid qayda pozuntusu zamanı o qədər də kobudluğa yol verməmişdi. Nəzərə alsaq ki, qayda pozuntusu meydanın mərkəzində baş vermişdi, baş hakim vərəqə göstərməyə də bilərdi.
- Klubunuzun rəsmiləri bildirir ki, Fariz Yusifovun həmin görüşdə “Xəzər Lənkəran”a simpatiyası açıq-aydın sezilirdi. Sən bunu hiss etdin?
- Ümumiyyətlə, kənardan hər şey başqa cür görsənir. Biz meydançada mübarizə etdiyimiz zaman belə halları çətinliklə görə bilirik. Oyun zamanı o qədər gərginlik olur ki, xırda hakim səhvlərini görə bilmirsən. Digər tərəfdən, hakimi hər şeyə görə qınamaq olmaz. Çünki hava şəraiti yaxşı olmadığından, futbolçular yıxılmağa daha çox meyilli olurlar. Düşünmürəm ki, Fariz Yusifov oyunu qərəzli idarə edib. Bu cür gərgin matçlarda hakim əlini daha çox cibinə atmağa məcbur olur.
- Belə bir fikir səslənir ki, baş məşqçiniz Aleksandr Starkov hələ də “Bakı”nın nəbzini tuta bilmir.
- Mən bununla razılaşmıram. Özünüz də görürsünüz ki, komanda gündən-günə artırır. “Bakı”nın oyun üslubunda yaxşılığa doğru xeyli irəliləyiş hiss olunur. Heyətdəki bütün futbolçularla baş məşqçimizin çox gözəl münasibəti var. Mən istərdim ki, onun rəhbərliyi altında oynayım.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi