“Qarabağ”ın hücumçusu Rauf Əliyev Premyer Liqanın “Simurq”a qarşı keçirilmiş oyun və sabah “Neftçi”ylə matçla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Əvvəlcədən bilirdik ki, Zaqatalada bizi çox çətin oyun gözləyir. Hər zaman səfərdə “Simurq”dan xal almaq asan başa gəlmir. Ümumi götürəndə bu mövsüm bütün komandalarla görüşlərdə rəqib pis təsir bağışlamayıb. Elə bizdən öncəki çempionat oyununda da səfərdə “Xəzər Lənkəran”a minimal hesabla uduzmaqları onların rahat təslim olmayacaqlarını göstərirdi.
- “Simurq”un daha çox müdafiədə oynamasını gözləsəniz də, bunun tam əksi oldu.
- Doğrudan da onlar öz meydanlarında təhlükəli olduqlarını bir daha göstərdilər. Oyunun ikinci yarısında hücumlarının sayını daha da artıraraq bizə təziq göstərməyə çalışırdılar. Yəni rəqib müdafiədə oturmayaraq, normal oyuna üstünlük verdi. Buna baxmayaraq, “Qarabağ” daha güclü və təcrübəli olduğu üçün qələbə qazanmağı bacardı.
- Son zamanlar “Qarabağ”ın oyununda bir qədər eniş hiss olunur. Yəni komandanız çox çətinliklə qələbə qazanır. Sən necə düşünürsən?
- Mən deməzdim ki, “Qarabağ”ın oyununda hansısa eniş var. Əksinə çempionatımızda çıxış edən klublar daha çox güclənib. Hətta Premyer Liqaya vəsiqə qazanan debütant komandaların heyətində də səviyyəli legionerlər çıxış edir. Bu, əvvəllər belə idi ki, zəif komandayla oyunda asan qələbə qazanacağının düşünürdün. Ancaq indi elə görüşlər var ki, heç qələbə qazana bilmirsən. Bu da çempionatda rəqabətin gücləndiyindən xəbər verir.
- “Qarabağ”ın heyətində xeyli vaxtdır ki, fərqlənə bilmirsən. Lakin “Simurq”la görüşdə yeganə və qələbə qoluna imza atdın. Yəqin ki, sabah “Neftçi” ilə keçirəcəyiniz oyunöncəsi buna çox ehtiyacın vardı.
- Bəli, iki-üç oyunda zədə ucbatından meydana çıxa bilməmişdim. Çempionatda son qolumu səfərdə “Kəpəz”lə oyunda vurmuşdum. Həmin görüşdən sonra xeyli müddətdir ki, qol vurmurdum. “Simurq”la oyundan öncə isə qol vurmağı çox istəyirdim və bunu qarşıma məqsəd qoymuşdum. Əlbəttə, çox sevindirici haldı ki, vurduğum qol komandanın qələbəsində böyük rol oynadı. Növbəti görüşlərdə daha çox qol vurmaq üçün əlimdən gələni edəcəyəm.
- Növbəti oyun demişkən, sabah sizi son çempion “Neftçi”ilə təxirə salınmış çətin oyun gözləyir.
- “Qarabağ”la “Neftçi” arasındakı oyun hər zaman böyük maraqla izlənilib. Sabahkı görüşün çox çətin və gərgin keçəcəyini indidən proqnozlaşdırmaq olar. Çünki hər iki klub çempionluq uğrunda mübarizə aparır. Bu görüşə xüsusi hazırlaşmışıq. Onu da qeyd etmək lazımdır ki, “Neftçi” xeyli vaxtdır qələbə qazana bilmir. Məhz buna görə “Qarabağ”la oyundan üç xal qazanmağa çalışacaq. İnanıram ki, bu, maraqlı və gərgin keçəcək oyunun sonunda qalib tərəf “Qarabağ” olacaq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı