Fariz Nəcəfov: “İndi Toni Adamsın işinə qiymət vermək düzgün olmazdı”

Fariz Nəcəfov: “İndi Toni Adamsın işinə qiymət vermək düzgün olmazdı”
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2011 / 13:08 1921
-  A +

“İnter”lə matçda komandanın oyunundan razı qaldım. 1 xal qazanmağımıza baxmayaraq, mənə elə gəlir ki, hər şey normal idi”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib. Komandanın bundan əvvəlki turlarda qeyri-stabil çıxışından danışan klub rəsmisi bununla bağlı futbolçularla qeyri-adi söhbət eləmədiklərini bildirib:

“Komandada heç bir problem yox idi. Ab-hava pozğunluğu da olmamışdı. Sadəcə futbolçuların individual səhvlərinə görə “Qəbələ” son oyunlarda bir qədər zəif çıxış etdi. Məğlubiyyətlərin başlıca səbəbi də bu idi. Komanda ilə qeyri-adi söhbət aparılmayıb. Həm baş məşqçi həm də futbolçular yaxşı başa düşürlər ki, qələbə qazanmaq lazımdır”.

“Qəbələ”nin yeni transferi Serje Cehuanın çıxışına da toxunan Nəcəfov hücumçunun oyunundan tam razı deyil: “Cehuanın çıxışı məni tam qane eləmədi. Bir az da forma yığmalıdır. Hələ ki, komandaya uyğunlaşmağı da istənilən səviyyədə deyil. Amma yəqin ki, növbəti oyunlarda özünü doğruldacaq”.

Vitse-prezident komandanın baş məşqçisi Toni Adamsın 10 turdan sonrakı işi barədə isə bunları deyib: “10 turdan sonra baş məşqçiyə qiymət vermirlər. Bunu ilin yekununda, nəticələr bilinəndə demək olar. İndi Toni Adamsın işinə qiymət vermək düzgün olmazdı”.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...