Mirça Rednik: “Bu, Kamran Ağayevə yaraşmadı”

Mirça Rednik: “Bu, Kamran Ağayevə yaraşmadı”
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2011 / 17:32 3424
-  A +

“Bugünkü oyunda bir xal qazansaq da, iki vacib xal itirdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib. Rumıniyalı mütəxəssis itirilən iki xala görə futbolçularını günahlandırıb. Rednik oyunçuların bugünkü görüşə ciddi yanaşmadıqlarını söyləyib:

“Fasiləyə üstün yollansaq da, bu hesabı qoruyub saxlaya bilmədik. Bu gün qələbə qazana bilməməyimizin başlıca səbəbi futbolçuların oyuna ciddi yanaşmamasıdır. Ancaq qarşıda uzun marafon var. Çempionluq yolunda sonadək mübarizə aparacağıq”.

Rednik “Bakı”nın vurduğu bərabərlik qolunda Kamran Ağayevin kobud səhvinə də münasibət bildirib: “Kamran komandanın kapitanı və Azərbaycanın ən yaxşı qapıçılarından biridir. Qol epizdounda yol verdiyi səhv ona yaraşmadı. Ancaq bu səhvə görə Kamranın qarşıdakı oyunlarda oynayıb-oynamayacağını indidən deyə bilmərəm”.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...