“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın son turunda “İnter”ə 0:1 hesabı ilə məğlub olduğunuz görüş barədə fikirləriniz necədir?
- Həmin oyunda rəqibi bütün komponentlərdə üstələmişdik. Qonaqları həm mərkəz, həm də kəsərli cinah hücumları ilə narahat edirdik. Ancaq buna baxmayaraq, rəqib cəmi bir dəfə qapımıza doğru real hücum təşkil edərək qol vurdu və biz məğlub olduq. Mən bir kəlmə bunu deyə bilərəm ki, həmin gün “Neftçi”nin günü deyildi.
- Kaxaber Sxadadzenin müdafiə futboluna üstünlük verməsinə münasibətiniz necə oldu?
- Dahi futbolçu olmuş Mişel Platininin bir fikri var ki, futbolda səhv taktika yoxdur, səhv icraçılar var. Mənim fikrimcə, Kaxa düzgün taktika seçmişdi. Əgər açıq oyuna üstünlük versəydi, onda “Neftçi”yə məğlub olacaqdı. Özünüzdə yaxşı görürsünüz ki, “Neftçi” xeyli vaxtdır müdafiədə futbol oynamır. Biz daha çox hücum futboluna üstünlük verməklə açıq oyun nümayiş etdiririk. Bunu “Xəzər Lənkəran”la matçda da, AZAL-a məğlub olduğumuz oyunda da sübut etdik. Lakin təəssüflər ki, “İnter”lə oyunda bəzi səhvlər bizi baha başa gəldi. Hələ heç nə itirilməyib, çempionat davam edir. Qarşıda bizi “İnter”lə üç oyunumuz olmaqla yanaşı uzun bir marafon gözləyir.
- Yəqin mənimlə razılaşarsınız ki, “Neftçi”nin hücumlarının yetərli və kəsərli alınmaması komandada hücumçu probleminin olmasındadır. İkinci dövrədə bu problemi aradan qaldırmaq üçün transferlər həyata keçirmək haqda düşünürsünüz?
- “Neftçi” bu gün çempion komanda adını daşıyır. Onun heyətində Bahadır Nəsimov, Emil Mpenza, Fərid Quliyev kimi hücumçular var. Əgər yadınızdadırsa, Fərid iki il öncə ölkənin ən sərrast futbolçusu olmuşdu. Bu oyunçular hələ kifayət qədər vaxta sahibdilər ki, özlərini doğrultsunlar. Əgər bunu edə bilməsələr, onda biz klubumuzun prezidenti Sadıq Sadıqovdan xahiş edərik ki, komandaya lazım olacaq bir necə oyunçu alsın.
- Yəqin ki, bu sözlərinizi həm də futbolçularınıza mesaj kimi qəbul etmək olar.
- Mən yaxşı oynayan futbolçunu heç zaman kənarda qoymaram. Hər birinə axıra qədər şans verən bir məşqçiyəm. O vaxta qədər ki, özləri əllərini qaldırıb təslim olsunlar. Desinlər ki, mən daha bacarmıram. Bu gün hər bir futbolçuma böyük inamım var.
- “İnter”lə oyunun baş hakimi Elçin Məmmədovun idarəçiliyindən narazı qalmısınız?
- Elçin Məmədov Azərbaycanda özünü hamıdan ağıllı sayır, etdiyi hərəkəti güya heç kim başa düşmədi. Sadəcə olaraq balansı pozmadı. Düşünmədi ki, Ruslan Abışov rəqibin futbolçusu kimi ehtiyat skamyada oturmamışdı, meydançadaydı və “Neftçi”nin əsas heyətində çıxış edir. Elçin Məmmədov bu hərəkəti bilərəkdən etdi. Bunu bir özü bilsin, bir də Allahı. Bu gün mən hakimlər haqda danışmaq istəmirəm. Bir dəfə başımı qaldıracağam, onda da fəlakət olacaq. Yaxşı bilirsiniz ki, mən özümü sakit aparıram. Birdə ki, Sadıq müəllimin klubunda ola-ola aranı qatmaq bizə yaraşmaz. Onun həmişə bizə tövsiyəsi bu olub ki, özünüzü mədəni, tərbiyəli, qanacaqlı aparın.
- Amma özünüzü nə qədər sakit aparmağa çalışsanız da, alnmır. Məsələn, son zamanlar mətbuatda “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Redniklə söz atışmanız davam etməkdədir.
- Mən bir daha deyirəm, zaman gələcək bizim Redniklə üzbəüz söhbətimiz olacaq. Kimin nəyə qadir olduğunu vaxt göstərəcək. İndi çoxları deyir ki, “Xəzər Lənkəran” bizdən yeddi xal irəlidədir. Əgər yadınıza gəlirsə, mən “Bakı” klubunu çempion edəndə altı xallıq fərqi aradan qaldırmağı bacarmışdım. Onda “Karvan” xal fərqi ilə bizi üstələyirdi. Bu mənada, niyə eyni uğuru yenə təkrarlamayım? Sadəcə, bəzi insanlar var ki, hansısa klub arasında indidən rəy yaradır. Lakin onlar ünvanı səhv salıblar. Bilsinlər ki, danışdıqları adam Böyükağa Hacıyevdir. Rednik özündən razı danışmaqdansa, ”Simurq”la evdə axırıncı oyunlarını yada salsın.
- Sizə qarşı mətbuatda xeyli təzyiqlər var. Bu haqda nə dəyərdiniz?
- Əgər mən işləyirəmsə, öz işimə çox bağlı oluram.Yox, işləmək istəmirəmsə, heç bir posta yiyələnmədən istirahət edirəm. Kim nə danışır danışsın, yaxşı bir atalar sözü var ki, it hürər, karvan keçər.
- Deyilənə görə, “İnter”ə məğlubiyyətdən sonra klubun prezidenti Sadıq Sadıqov sizi danlayıb.
- Əvvəla bildirim ki, bunlar boş sözlərdi. Sadıq müəllimin böyüklüyü ondadır ki, hər zaman insana dəstək verir. Məsələnin digər tərəfinə gəlincə, açıq danışaq ki, mən komandanı hələ iki ay öncə qəbul etmişəm. Necə olur, bütün gələn məşqçilər komandanı istənilən səviyyəyə çatdırmaq üçün iki il vaxt istəyir, mən isə iki ay işləməmiş qərəzli tənqidlərlə üzləşirəm? Sadıq müəllimin Allah canına dəyməsin. Onun dəstəyini görsəm də, rahatlaşmıram və komandamın uğuru üçün əlimdən gələni edirəm.
Əli HƏYATİ
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı