“Qarabağ”da məşqçi dəyişikliyi

“Qarabağ”da məşqçi dəyişikliyi
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2011 / 11:32 3011
-  A +

“Qarabağ”ın uşaq futbolunun idarə sistemində dəyişiklik baş verib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, artıq 2 ildir “Qarabağ” uşaq futboluna nəzarət edən Həmdi Serpil Tüzün şəxsi problemlər səbəbindən vəzifəsindən ayrılıb. Onun yerinə  uşaq futbolunun inkişafına rəhbər olaraq Uğur Kulaksız təyin edilib.

“Kayserispor”un əfsanələrindən sayılan, “sarı-qırmızı”ların uşaq futbolunun inkişafında böyük rol oynayan Kulaksız artıq “Qarabağ” uşaq futbolunun inkişafı üçün çalışacaq.

Təcrübəli mütəxəssis bununla bağlı təəssüratlarını dilə gətirib: “Qarabağ” kimi komandada işləmək qürurvericidir. Çalışacam ki, “Qarabağ” ruhuna uyğun olaraq əlimdən gələnin ən yaxşısını edim”.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...