“Turan” klubunun baş məşqçisi Əsgər Abdullayevin Qol.Az saytına müsahibəsi
- Doğma meydanda AZAL-la qolsuz heç-heçə etdiyiniz görüş barəsində fikirlərinizi bilmək istərdik.
- AZAL komandasıyla qarşılaşmanın ağır keçəcəyini əvvəlcədən yaxşı bilirdik. Ancaq buna baxmayaraq, görüşün ilk dəqiqələrində üstünlüyü ələ aldıq. Rəqibin cərimə meydançasında bir çox real qol imkanı qazansaq da, təəssüf ki, bunlardan istifadə edə bilmədik.
- Ola bilərmi ki, Beraşvilinin meydandan qovulması sizin qələbə qazanmaq şanslarınızı xeyli azaltdı?
- Birinci hissənin uzatma dəqiqələrində “Turan”ın əsas oyunçularından biri qırmızı vərəqə alaraq meydanı tərk etdi. Elə bu itkidən sonra hücumlarımızın kəsəri azaldı. Bizim irəlidəki çatışmazlığımızı görən rəqib isə bundan istifadə edib qol vurmağa çalışırdı. Onların da qol vurmaq şansları olsa da, müdafiəçilərimiz gözəl oyunu sayəsində AZAL istəyinə nail ola bilmədi.
- Hakimin Beraşvilini qırmızı, rəqib futbolçunu sarı vərəqəylə cəzalandırılmasında referini haqlı hesab edirsinizmi?
- Mənim fikrimcə, hər iki futbolçu meydandan qovulmalı idi. Çox təəssüf ki, hakimin qərarı birtərəfli oldu. Hər ikisi futbolçuya yaraşmayan hərəkət etdiyi üçün eyni şəkildə cəzalanmalıydı. Əlbəttə, komandamızın əsas oyunçularından birinin itkisi güclü rəqiblə görüşdə öz sözünü dedi. Əslində ilk olaraq rəqib oyunçu futbolçuya yaraşmayan hərəkət etdi. Amma bu epizod hakimin gözündən yayındı. Əslində günahkar baş hakim yox, laysmandır. Mən bunun səbəbini yan xətt hakimindən soruşdum. Cavab olaraq “görmədim” dedi. Necə yəni görmədim? Məgər, sənin işin meydanda baş verənləri görmək deyil? Necə olur ki, mən bunun görürəm, sən is yox?!
- İntizam Komitəsinin Beraşvilli haqda 2 oyunluq cəzası barədə nə deyə bilərsiniz?
- Məncə, o, idmançıya yaraşmayan hərəkətə görə layiqli cəzasını aldı.
- “Turan” klubunda maddi durum hələ də pisdir? Deyilənə görə, futbolçuların əmək haqqının artıb-azalmasına şəxsən siz nəzarət edirsiniz.
- Əsgər Abdullayev baş məşqçidi, mühasib deyil. Əgər futbolçu klub rəhbərliyi ilə müqavilə imzalıyırsa, məşqçi kimdir ki, bu məsələyə qarışsın? Sadəcə olaraq, mən futbolçular arasında mükafatın kimə nə qədər veriləcəyini müəyyənləşdirirəm.
- Lakin futbolçunuz Yasin Abbasov belə hesab etmir. Onun sözlərinə görə, siz baş məşqçi vəzifəsinə gəlməzdən əvvəl yaxşı pul qazanırdı, sonradan onun əmək haqqısını qat-qat azaltmısınız?
- Yasin Abbasov hələ indiyənə kimi bilmir ki, müqaviləyə mən yox, özü qol çəkib. Abbasov məndən qabaq da “Turan”ın futbolçusu olub. Özü yaxşı bilir ki, nə qədər pul alır. Yəqin Yasin futbolun qayda-qanunlarına hələ yaxşı bələd deyil. Mən də onun kimi rəhbərliklə müqavilə imzalamışam və nə qədər əmək haqqı alacağıma qol çəkmişəm. Mən yalnız futbolçu öz ustalıq səviyyəsini aşağı salarsa, komandanın nizam-intizamına əməl etməsə, onun barəsində izahat yazaraq klub prezidentinə təqdim edirəm. Başqa şeylər mənim səlahiyyətlərim çərçivəsində deyil. Heç elə vaxt olub ki, oyunçulara güzəştə gedərək rəhbərliyə izahat verməmişəm.
- Yasin Abbasov təkcə pul barəsində sizdən narazılıq etmir. Həm də ona əsas heyətdə meydana çıxmaq üçün çox az şans vermənizdən gileylənir.
- Əvvəla futbolçuya şans verilmir, oyunçu onu özü qazanır. Əgər hər hansı futbolçu məni istənilən səviyyədə qane etmirsə, niyə də əsas heyətdə meydana çıxmalıdır. Məşqçi də istəyər ki, komandası meydanı qalib tərk etsin. Yəni hər məşqçi öz adına görə çalışır. Mən qazandığım hörməti kiminsə xətrinə xərcləyə bilmərəm axı. Çünki bu mənim gələcəyim və tariximdir. Kim öz keçmişinin qara hərflərlə yazılmasına yol verər? Ona görə də futbolçular günahı birinci növbədə özündə axtarmalıdır.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi