Mirça Rednik Rumıniyanın ən çox qazanan məşqçiləri arasında

Mirça Rednik Rumıniyanın ən çox qazanan məşqçiləri arasında
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2011 / 12:17 2401
-  A +

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Rumıniyanın ölkə xaricində çalışan və ən yüksək maaş alan məşqçilərindən biridir.

Qol.Az-ın məlumatına görə, buna, rumıniyalı jurnalistlərin araşdırmasından sonra aydınlıq gəlib. Bu ölkədən olan həmkarlarımız əcnəbi klublarda işləyən və çıxış edən futbol adamlarının aldıqları məvacibə görə reytinq cədvəlini hazırlayıb.

Siyahıya Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku başçılıq edir. Onun illik məvacibi 3,5 milyon avrodur. “Xəzər Lənkəran”ı çalışdıran Rednikin maaşı isə 400 min avrodur. Təcrübəli mütəxəssis bu göstərici ilə 5-ci pillədə yer alıb.

1. Mirça Luçesku (“Şaxtyor”, Ukrayna, baş məşqçi) – ildə 3,5 milyon avro
2. Razvan Rats (“Şaxtyor”, Ukrayna, futbolçu) - ildə 2,3 milyon avro
3. Dan Petresku (“Kuban”, Rusiya, baş məşqçi) - ildə 1,5 milyon avro
4. Bukur Gigel (“Kuban”, Rusiya, futbolçu) - ildə 500 min avro
5. Mirça Rednik (“Xəzər Lənkəran”, Azərbaycan, baş məşqçi) – ildə 400 min avro
6. İonut Mazilu (“Arsenal”, Ukrayna, futbolçu) – ildə 300 min avro

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...