Elşən Məmmədov: “Bizə bir qədər vaxt lazımdır”

Elşən Məmmədov: “Bizə bir qədər vaxt lazımdır”
MÜSAHİBƏ 17 Oktyabr 2011 / 19:16 3311
-  A +

AZAL-ın yarımmüdafiəçisi Elşən Məmmədovun Qol.Az saytına müsahibəsi

- Doqquz turdan sonra AZAL-ın Premyer Liqada çıxışını necə qiymətləndirirsən?

- Komandanın çıxışı o qədər də ürəkaçan deyil. Artıq neçə oyundur qalib gələ bilmirik. Mən də bir oyunda oynayıram, birində oynamıram. İstər-istəməz bu da çıxışıma təsir edir.

- Bəs komandanızda nə baş verir? AZAL-ın uğursuz çıxışının səbəbi nədir?

- Mən deməzdim, zəif çıxış edirik. Sadəcə qol epizodlarından istifadə edə bilmirik. Amma komandanın oyunu pis deyil.

- Ancaq bu bir reallıqdır ki, ötənilki AZAL hazırkından qat-qat güclü idi.

- Fərq olmalıdır. Çünki birincisi, komandada məşqçi dəyişikliyi olub. İkincisi, mövsümün əvvəlində komandaya xeyli yeni oyunçu qoşuldu. Yeni gələnlərin əksəriyyəti isə legionerdir. Yerlilərdən ancaq Amil Ağacanovla mənəm. Bu futbolçuların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Birdən-birə heç nə olmur. Gələcək turlarda AZAL özünü göstərib, qalib gələcək.

- Özün də də dedin ki, yayda komandaya xeyli yeni futbolçu gəldi. Ümumiyyətlə, qarşısına ciddi hədəflər qoyan komandada mövsümün sonunda heyətin demək olar ki, yenilənməsi nə dərəcədə düzgündür?

- Bilirsiniz, belə məsələlərlə bağlı qərarı məşqçilər verirlər. Onlar bilirlər ki, kimi gətirmək məsləhətdi və ya məsləhət deyil. AZAL-ın ilk transferlərindən biri mən, digəri isə Amil olub. Sonradan isə əcnəbilər gəldi. Onların çoxu da Türkiyədə yoxlanışdan keçən futbolçudur. Bir qismi də burada baxışdan keçib. Kimin nə qədər faydalı olduğu oyunlarda görünür. Məncə, AZAL-a sadəcə bir az vaxt lazımdır. Kollektivimiz yaxşıdır, mehribançılıq var. Oyunumuz da var. Düzdür, bəzi oyunlarda məğlub olmuşuq, amma pis çıxış etməmişik. Sadəcə “Xəzər Lənkəran”a evdə məğlub olduğumuz görüşdə öz səviyyəmizdən aşağı çıxış etmişik. Ancaq digər matçlarda sonadək mübarizə aparmışıq. Hətta “Qarabağ”a 1:3 hesabı ilə uduzduğumuz oyunda da yaxşı təsir bağışlamışdıq.

- Bayaq dedin ki, bir oyunda meydana çıxırsan, digərində yox. Bu, nə ilə əlaqədardır?

- Hazırda heç bir zədəm yoxdur. Sadəcə olaraq, məşqçinin taktiki gedişləri ilə bağlı bir oyun əsas heyətdə meydana çıxıram, digərində ehtiyatda qalıram. Son iki görüşdə start heyətdə oynamadım. Yenə deyirəm, bu da baş məşqçinin qərarıdır. Bəlkə də baş məşqçi məndən gizli silah kimi istifadə edir.

- Yəqin ki, məhsuldarlığının az olması da bununla bağlıdır. Çünki ötən mövsüm “Muğan”ın heyətində daha çox meydanda olurdun və daha çox qol vururdun.

Mən həmişə sırf hücumçu kimi oynamışam. Ancaq AZAL-da sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edirəm. Ona görə də məhsuldarlığım aşağıdır.

- Bununla bağlı baş məşqçi ilə söhbət eləmisən ki, hücumda daha faydalı ola bilərsən?

- Yox, bunu baş məşqçi ilə müzakirə eləməmişəm. Çünki bu, məşqçinin qərarıdır və o məni sağda oynatmaq istəyir. Hər məşqçinin futbola öz baxışı var. Elə məşqçi var ki, futbolçunu hücumda görür, eləsi də var yarımmüdafiədə. Ona görə də məşqçiyə yaxınlaşıb “mən orda oynamıram, burada oynayıram” demək qeyri-peşəkarlıq olar. Baş məşqçi məni yarımmüdafiədə oynadırsa, deməli məndə o bacarığı görür.

- Son turda baş tutan “Turan”la oyun barədə nə deyə bilərsən?

- Həmin oyunda da kifayət qədər qol imkanlarımız oldu. Ancaq istifadə edə bilmədik. “Turan”la görüşdə də yarımmüdafiədə oynadım. Demək olar ki, qol epizodum olmadı. İnanırsınız, 9 oyundur qol vəziyyətinə girə bilmirəm. Axırıncı dəfə “Neftçi” ilə matçda əlimə belə bir imkan düşmüşdü.

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi