“Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Neçə vaxtdır işsizsiniz. Hansısa klubdan təklif almısınız?
- Oktyabrın 27-dən 29-na kimi “Dinamo” (Kiyev) klubunun düşərgəsində praktikada olacağam. Bildiyiniz kimi, biz “Pro” kateqoriyası ilə bağlı ikinci kursu keçdik. Orada da belə bir tələb var ki, “Pro” məşqçilik kurslarında iştirak edən hər bir şəxs iki dəfə hər hansı əcnəbi klublardan birində praktikada olmalıdır. Mən də boş vaxtım olduğunu nəzərə alıb Ukraynaya getməyə qərar verdim. Artıq danışmışam, bayaq dediyim tarixlər arasında orada praktikada olacağam.
- Niyə məhz “Dinamo”nu seçdiniz?
- Orada tanışlarım var. Xahiş elədim, sağ olsunlar, yerə salmadılar. Müsbət qarşıladılar.
- Qeyd etdiniz ki, iki klubun düşərgəsində təcrübə keçmək lazımdır. Biri “Dinamo”dur. Bəs digər komanda hansıdır?
- Hələ kifayət qədər vaxt var. Yanvardan sonra həmin klubun da adı dəqiqləşəcək. Ancaq onu deyə bilərəm ki, bu, türk klublarından biri olacaq. Artıq danışıqlar başlayıb.
- Bu ərəfələrdə təklif gəlsə, dəyərləndirəcəksiniz, yoxsa kursun bitməyini gözləyəcəksiniz?
- Yox, ciddi təklif gəlsə, dəyərləndirəcəyəm.
- Yəqin ki, Premyer Liqanın oyunlarını izləyirsiniz. Ümumilikdə, komandaların çıxışlarını necə dəyərləndirərsiniz?
- Son turun oyunlarını tam izləyə bilmədim. Ancaq nəticələrdən xəbərim var. Bundan əvvəl də demişdim ki, komandalarda stabillik görünmür. İstənilən iddialı klub gözlənilmədən xal itirə bilər. Ona görə də cari çempionatda güclər bərabərləşib.
- Sizcə, hansı komanda çempionluğa daha layiq oyun sərgiləyir?
- Oyun baxımından hələlik seçilən komanda yoxdur. Düzdür, son turda “Xəzər Lənkəran” qələbə qazandı, əsas rəqibləri isə xal itirdi. Nəticədə Lənkəran klubu xal fərqini artırdı. Xal baxımından hazırda “Xəzər Lənkəran” daha şanslı görünür. Ancaq çempionluq uğrunda onlarla bərabər, əvvəlki kimi yenə də “Neftçi”, “Qarabağ”, “Bakı” və “İnter” mübarizə aparacaqlar.
- Sabiq komandanız “Neftçi”nin çıxışları barədə nə deyə bilərsiniz?
- Gəlin, ümumi danışaq. Çünki yalnız “Neftçi”dən danışsam, düzgün olmaz.
- Yaxşı, bu suala “Neftçi”nin sabiq çalışdırıcısı kimi yox, sıradan bir futbol mütəxəssisi kimi cavab verin.
- “Neftçi” “İnter”lə oyuna kimi ardıcıl 3 turda qələbə qazanmışdı. Komandada stabillik var idi. Amma son turda “İnter”ə məğlub oldular. Sözsüz ki, bunun da səbəbləri var. Ancaq bunu mən yox, komandanın hazırkı baş məşqçisi deyə bilər. “Neftçi”nin oyununda stabillik yoxdur. Çempionluğa oynayan komanda xal ehtiyatını artırmaq üçün stabil oyun sərgiləməlidir.
- Ötənilki heyət demək olar ki, saxlanılıb. Ancaq komanda keçən mövsümlə müqayisədə sanki bir qədər inamsız təsir bağışlayır.
- Bunu mənim deməyim, fikir bildirməyim düzgün çıxmır. Bunu siz kənardan müzakirə edə bilərsiniz, mən yox.
- Bu yaxınlarda Fərid Quliyev mətbuata müsahibəsində bildirmişdi ki, “Simurq”a icarəyə verilməyinin, “Neftçi”dən göndərilməyinin əsas səbəbkarı Arif Əsədovdur. Düzdür, Quliyev bunu açıq şəkildə deməmişdi. Ancaq dolayısı yolla sizə işarə vermişdi.
- Hər bir insanın öz fikri var. Futbolçudur, ola bilər nəsə desin. Ancaq özünə güvənən hər bir oyunçu səhvi başqasında yox, ilk növbədə özündə axtarmalıdır. Heç bir məşqçi istəməz ki, güclünü kənarda saxlayıb, zəifi oynatsın. Çünki nəticəyə görə, baş məşqçi cavabdehdir. Fərid formada deyildi. Onun özü ilə söhbət eləmişdim. Biri var Fərid “Neftçi”nin heyətində 10-15 dəqiqə oynayardı, biri də
var ki, başqa klubda bütün 90 dəqiqəni meydanda olardı. Ona görə də “Simurq”a icarəyə verildi. Ancaq sonradan orada da oynamadı. Belə çıxır ki, yenə mənəm günahkar?
- Mövzunu dəyişək, bir az da milli barədə söhbət edək. Seçmə mərhələ başa çatdı. Komandamızın çıxışını qənaətbəxş hesab etmək olar?
- Uğur odur ki, hər hansı mərhələ keçəsən. Düzdür, xal baxımından irəliləyiş var. Əvvəl 5 idisə, indi 7 oldu. Amma bunu Azərbaycanın bu gün futbola qoyduğu sərmayəyə görə, uğurlu nəticə saymaq olmaz. Çünki komandamızın daha çox xal toplamaq üçün potensialı var idi.
- Hazırda millinin taleyi ilə bağlı müzakirələr gedir. Bəziləri Foqtsun qalmasının, bəziləri isə yığmanın yerli məşqçiyə tapşırılmasın tərəfdarıdır. Siz necə düşünürsünüz?
- Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Amma artıq bir çox ölkələrdə də görünür ki, yerli mütəxəssisləri önə çəkirlər. Bu baxımdan mənim fikrim odur ki, yerli çalışdırıcı olsun. Düzdür, bunu AFFA rəhbərliyi daha yaxşı bilir. Ancaq futbolçularla dil tapmaq, mentalitet baxımından azərbaycanlı məşqçi daha yaxşıdır. Artıq bizim məşqçilərin də futbol savadı artıb. Hər şey inkişafa doğru gedir.
Elnur SALAHOV
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi
Azərbaycan millisi Qış Olimpiya Oyunlarına başladı
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"