Azərbaycan milli komandasının və «Qarabağ»ın yarımmüdafiəçisi Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- İlk sualım üstündən bir neçə gün keçsə də, yığmamızın Avstriya ilə oyunu, daha doğrusu, sənin erkən əvəzlənməyin barədə olacaq. Bir çox futbol mütəxəssisinin fikrincə, həmin matçda zəif çıxış etdin. Bu fikirlə razısan?
- Deməzdim ki, zəif çıxış etdim. Oyun zamanı heç bir kobud səhvə yol vermədim. Və yaxud meydanın özümüzə aid hissəsində rəqiblə mübarizədə topu itirərək qapımız qarşısında təhlükəyə səbəb olmadım. Sadəcə, meydanda azlıqda qaldığımız üçün müdafiəyə daha çox diqqət yetirdim. Əlbəttə, hər kəs mənim daha çox hücumameyilli futbolçu olduğumu bildiyi üçün müdafiədə oynamağımı qəbul edə bilmədi. Heç özüm də arxa zonada oynamağı sevmirəm. Lakin həmin gün meydanda azlıqda qaldığımızdan belə oynamaq məcburiyyətində qaldım. Bu o demək deyil ki, mən zəif çıxış etdim.
- Bəs, onda millimizin baş məşqçisi Berti Foqts səni nədən Türkiyə ilə oyunda meydana buraxmadı?
- Bunu mən özüm də anlaya bilmədim. Əgər müdafiəmeyilli taktika seçmişdisə, qapımızda qol gördükdən sonra ikinci yarıda meydana buraxa bilərdi. Ya 0:1 uduzdun, ya da 1:4, onsuz da hər ikisi məğlubiyyətdir. Məncə, risk etməyə dəyərdi.
- Komandamızın türklərə qarşı oyununu necə dəyərləndirərdin?
- Aydın məsələdir ki, meydanda yaradıcı futbolçuların az olması komandamızın müdafiə futboluna üstünlük verməsi ilə izah olunur. Ancaq onu da deyim ki, yığmamız arxa xəttdəki oyunu hücumdan fərqli olaraq pis alınmadı. Hücumda nəsə etməyə çalışsalar da, demək olar ki, bir-iki təhlükəli vəziyyətdən başqa heç nə ilə yadda qalmadılar.
- Rəşad Sadıqovun qapımıza vurulan yeganə qoldakı səhvini necə şərh edərdin?
- Vurulan qolda Rəşadı günahlandırmaq, onun üstünə çox getmək düzgün olmazdı. Çünki həmin epizod zamanı top yerə dəyərək istiqamətini dəyişdi. Ona görə də topa sahib olmaq demək olar ki, mümkünsüz idi. Rəşad özü də bildirdi ki, hər şey ani oldu və ötürmə zamanı topun yerə dəyməsi onu çaşdırdı.
- Artıq millinin futbolçuları baş məşqçiyə qarşı etirazlarına bildirməyə başlayıb. Vaqif Cavadov, Elnur Allahverdiyevin verdiyi açıqlamalardan yəqin ki, xəbərdarsınız. Ümumiyyətlə, yığmanın daxilində nələr baş verir?
- Vaqif milli komandadan imtina etmədiyini bildirib. Həmin gün onunla Foqts arasında nəsə baş vermişdi. Sonradan Foqts bizlərə bildirdi ki,Vaqif milli komandanı icazəsiz tərk edərək, oynamaqdan imtina etdi. Şəxsən mən bu sözləri eşidən zaman inana bilmirdim. Mənə elə gəlir ki, bu məsələyə təkcə bir tərəfin fikirləri ilə izah vermək düzgün olmazdı. Gərək hər iki tərəfin fikirlərini dinləyərək nəyəsə qərar versinlər.
- Sonuncu sualım Premyer Liqada qarşıdan gələn “Rəvan”la oyun barəsində olacaq. Çoxları bu görüşün “Qarabağ” üçün çətin olacağını proqnozlaşdırır. Sən necə düşünürsən?
- Bu mövsüm “Rəvan” bir çox iddialı klubla oyunlarda sərfəli nəticə qazanaraq adından söz etdirməyə çalışır. Buna onların “Xəzər Lənkəran” və “Qəbələ”ilə oyunlarını misal gətirmək olar. Məncə, “Qarabağ”ı səfərdə asan oyun gözləmir. Lakin bütün bunlara baxmayaraq qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi