Azərbaycan milli komandasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Səfərdə Türkiyə millimizə 0:1 hesabı ilə məğlub olduğumuz görüş haqda fikirlərini bilmək istərdim.
- Qardaş ölkəyə getməzdən öncə bəziləri elə düşünürdü ki, onlara bilərəkdən uduzacağıq. Bu söz-söhbətlərin tamamilə yalnış olduğunu bildirirəm. Biz səfərə ən azı bir xal qazanmaq üçün yollanmışdıq. Ancaq yaxşı bilirsiniz ki,həmin oyunda qələbə qazanmaq türklərə hava və su kimi lazım idi. Çox istəyirdik ki, Belçika millisi almanlara məğlub olduğu halda, biz də heç-heçə edərək aktivimizə daha bir xal yazaq. Çətin rəqiblə səfərdə qarşılaşdığımız üçün oyuna müdafiədən başladıq. Onların da demək olar ki, çox qol vurmaq şansı olmadı. Sadəcə, bir-iki təhlükəli vəziyyətləri oldu ki, ondan Burak yılmaz məharətlə yararlandı.
- Türklərlə oyunda komandamızın müdafiə futboluna üstünlük verməsi sənin oyununa mənfi təsirini göstərmirdi ki?
- Əlbəttə, müdafiəyəmeyilli futbolçuların çoxluq təşkil etməsi mənim hücumdakı aktivliyimi xeyli azaldır. Çünki bütöv komanda oyunu müdafiə üzərində qurmuşdu. Bu da hücumların kəsərsiz və az təşkil olunmasında öz sözünü dedi. Yarımmüdafiəyə meyilli futbolçularımızın azlıq təşkil etməsi topun daha çox rəqibdə qalması ilə nəticələnirdi.
- Berti Foqts səni nədən tez əvəz etdi?
- Vallah, erkən əvəzlənməyimin səbəbini bilmirəm. İstədim, Foqtsdan soruşum ki, niyə tez əvəzləndim. Sonradan uşaqlar məsləhət gördülər ki, onsuz da uduzmuşuq, zamanı deyil. Özümü çox yaxşı hiss edirdim. Hələ ikinci yarıda daha çox hücuma qoşulmaq istəyirdim. Amma əvəzləndim. Bu əvəzlənməyə bir etirazım yoxdur. Yəni bu, baş məşqçinin səlahiyyətləri çərçivəsindədir. Ola bilər ki, bir qədər zəif çıxış etmişəm.
- Türkiyə üzərində qələbə qazandıqdan sonra psixoloji üstünlük bizim tərəfimizdə idi. Futbolçular da inanırdı ki, ən azı bir xal qazana bilərlər. Bəs, komanda olaraq müdafiədə oturub qorxaq futbol oynamaq nəyə lazım?
- Komandanın hansı taktikada oynayacağı qərarını baş məşqçi verir. Mənim fikrimə gəlincə, heç bir rəqibdən çəkinməyərək ürəkli futbol oynamağa üstünlük verirəm. Türkiyə ilə oyunda yaradıcı futbolçularımız az olduğundan hücumlara çox çıxa bilmirdik. Buna görə daha çox hücum edən və topu özlərində saxlayan rəqib futbolçular olurdu.
- Komandanın qarşısına qardaş ölkənin komandasıyla görüşdə hansı vəzifə qoyulmuşdu?
- Bizə bildirmişdilər ki, heç nədən çəkinməyərək çıxıb futbolumuzu oynayaq. Qələbə və heç-heçə qarşımıza qoyulan vəzifə idi. Matçın birinci yarısında çox çalışırdıq ki, qapımızın toxunulmazlığını saxlayaq. Ancaq ikinci yarıda türklərin bəxti onda gətirdi ki, meydana sonradan Səlcuq İnan çıxdı. O, Burak Yılmazla bir komandada oynadığından bir-birlərini əla başa düşürlər. Bundan da maksimum yararlandılar.
- Berti Foqtsla bağlanan müqavilə bu ilin sonunda bitir. Onun yığmada qalmasının tərəfdarısan, yoxsa getməsinin?
- Bu haqda qərarı yalnız AFFA verir. Mənim fikrimcə, qalmağı daha yaxşıdır. Çünki yeni məşqçiyə uyğunlaşmaq uzun vaxt apara bilər.
- Amma son zamanlar futbol mütəxəssisləri və mətbuat bu posta yerli məşqçilər içərisində ən layiqli namizəd kimi “Qarabağ”da baş məşqçin olan Qurban Qurbanovu görür.
- İşinin öhdəsindən gəlmək barəsində deyirsinizsə, Qurban müəllim bunun öhdəsindən yüz faiz gələr. Çünki Qurban müəllim həm insan, həm də məşqçi kimi özünü doğruldub. Birdə ki, Qurban Qurbanov milli komandada bütün oyunçularının yaxşı tanıdığı üçün kimin nəyə qadir olduğunu da əla bilir.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi