AFFA-nın sabiq prezidenti Fuad Musayev milli komandamızın «Avro-2012»nin seçmə mərhələsindəki çıxışlarının yekunlarıyla bağlı Qol.Az saytına müsahibə verib.
- Millimizin seçmə mərhələdəki oyunlarına necə qiymət verərdiniz?
- Avstriya ilə oyundan sonra bütün mətbuat federasiyanın fəaliyyətini tənqid etməyə başladı. Düz də edirlər. AFFA-nın baş katibi deyir ki, biz yeddi xal qazanmışıq və bu uğurdur. Çünki əvvəl belə şey olmamışdı.
- Siz bunu uğur saymırsınız?
- Söhbət ondan gedir ki, indiki milli komanda 10 oyundan 7 xal toplayıb, biz isə 8 oyundan 5 xal yığmışdıq. Özü də biz o vaxtlar Qazaxıstan kimi komandalarla oynamırdıq. Bunlar 7 xal toplamaqla nəyə sevinirlər, bilmirəm. 7 xal yığmısan, amma sonda 5-ci yeri tutmusan da. Məgər, irəli getmisən? Bizim vaxtda milli beş xal yığanda indi bizdən irəlidə olanlar 2-3 xal ancaq toplaya bilirdi. Estoniya 16 xal yığıb «pley-off»a vəsiqə qazanıb. Zəng edib onları təbrik etmişəm. Estoniyayla yanaşı, keçmiş SSRİ ölkələrindən Ermənistan, Gürcüstan, Belarus, Moldova da bizdən çox xal toplayıb. Halbuki biz beş xal yığanda Ermənistan millimizdən daha az xal qazanırdı.
- Sizin dövrünüzdə AFFA-nın pulu yox idi, bu gün isə dövlət tərəfindən futbola külli-miqdarda maliyyə yatırılır. Sizcə, bu qədər pulun qarşılığında millimiz qrupda neçənci yeri tuta bilərdi?
- Bilirsiniz, bu haqda nəsə demək doğru olmaz. Mən bunu peşəkar yanaşma hesab etmirəm. Bizdə istedadlı futbolçular çoxdur, şərait yaradılıb. Sadəcə, ciddi məşğul olmaq lazımdır. Əlbəttə ki, bu şərait bizim vaxtımızda olsaydı, daha çox xal toplayardıq. Əvvəlki dövrlə indinin fərqi ondan ibarətdir ki, o vaxt futbol var idi, indi isə yoxdur. Bizim dönəmimizdə tribunalar dolu olardı, hətta uduzanda belə insanlar stadiona gələrdi. Çünki komanda futbol oynayırdı.
Baxmayaraq ki, o vaxt AFFA-nın malliyyə imkanları çox məhdud idi. Təsəvvür edin, biz o zaman bir gecəsi 15 dollar olan oteldə qalırdıq. Portuqaliyaya getmək üçün çarter reysinə pulumuz olmurdu. Məcbur olub 14 saat yol gedirdik. Bizimlə onların arasında 4 saat vaxt fərqini də nəzərə alın. Və biz bu vəziyyətdə oyuna çıxırdıq. Mən o zaman zülm çəkirdim. Futbolçulara maaş verə bilmirdik. Amma futbolçular oynayırdılar. Nazim Süleymanovu Rusiyadan, Vəli Qasımovu isə İspaniyadan buraxmırdılar. Güc-bəla ilə onları milli komandaya gətirirdim.
O vaxt çox arzulayırdım ki, bir əcnəbi məşqçi olsun, vaxtlı-vaxtında pulunu verib, millidə saxlayım. Təəssüf ki, pul yoxuydu.
- Yeri gəlmişkən, millinin baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti başa çatır. Azərbaycanda artıq çoxları alman mütəxəssisin yerinə yerli məşqçinin gətirilməsini istəyir.
- Mən həmişə demişəm, bir daha təkrar edirəm ki, Foqts milli komandada qalmalıdır. Bu məsələdə Berti Foqtsluq çox şey yoxdur, federasiya işini düzgün qurmalıdır.
- Ümumiyyətlə, bu gün Qurban Qurbanovun millinin baş məşqçi vəzifəsinə gətirilməsi üçün təkliflər səslənir. AFFA-nın keçmiş rəhbəri kimi bu məsəlyə fikirlərinizi bilmək maraqlı olardı.
- Qurban çox yaxşı, tərbiyəli oğlandır. Amma o məşqçiliyə təzə başlayıb və millidə işləsə problemləri ola bilər. Elə bilirsiniz, Qurbanov özü milli komandada işləmək istəyir? İstəmir. Bilir ki, sabah uğursuzluq olanda ona təzyiq edəcəklər. Görmürsünüz, «Qarabağ»da bir-iki oyunda uğursuzluq olanda bəziləri onu ləkələməyə cəhd etdi.
- Bəs, bizim məşqçilərə federasiya tərəfindən dəstək verilə bilməz?
- Deyək ki, Qurban Qurbanov və ya başqa yerli məşqçi milliyə gətirildi, axı ona həm də arxa durmaq lazımdır. Bizdə bu yoxdur. Yerli məşçilərin dediklərinin çoxusunu həyata keçirmirlər. Xarici məşqçi isə burda istədiyini edir. Mən hesab edirəm ki, federasiya yerli məşqçilərə ciddi fikir verməlidir. Bu gün Ağasəlim Mircavadov, gənc Nazim Süleymanov, Arif Əsədov kimi məşqçilər işsiz qalmamalıdır.
- Başqa bir önəmli məsələyə münasibətinizi bilmək istərdim. Vaqif Cavadovdan sonra Elnur Allahverdiyev də Foqtsdan narazılığını ifadə edib və millidə oynamaq istəmədiyini deyib.
- Bizim vaxtımızda belə şey ola bilməzdi. Bilirsiniz, federasiya özünü elə aparır ki, futbolçunun ayağı yer alır. Belə məsələlərə qarşı FİFA da sərt tədbir görür və federasiyaların millidən imtina edən futbolçularla bağlı sərt qərarını dəstəkləyir. AFFA Vaqif Cavadova sərt cəza tətbiq etməlidir. Amma federasiyanın əlində hüquqi sənəd yoxdur.
- Axı, AFFA İntizam Komitəsi Vaqiflə bağlı məsələyə baxacağını bildirib.
- İntizam Komitəsi futbolçunun hərəkətinə hüquqi qiymət verir. Vaqif Cavadovla federasiya arasında müqavilə olmadığı halda İntizam Komitəsi hansı qərarı verə bilər? Əgər müqavilə olsaydı, onun hətta Rusiya klubunda oynamasına belə əngəl yaratmaq olardı.
Müqavilə bağlanarkən göstərilir ki, federasiya futbolçuya millidə olduğu müddətdə bu qədər maaş verir, əvəzində oyunçu filan vaxtlarda yığmanın düşərgəsində olmalıdır, məşqçi şans verərsə oynamalıdır. Hüquqi tərəfdən Vaqifə nəyisə sübut edə bilməzlər. O da öz arqumetini ortaya qoya bilər.
İndiki halda Vaqiflə bağlı qərarı AFFA İntizam Komitəsi yox, İcraiyyə Komitəsi çıxarmalıdır.
- Bəs, Elnur Allahverdiyevlə bağlı nə deyə bilərsiniz?
- Yenə də deyirəm, federasiya belə futbolçulara qarşı sərt olmalıdır. Elnur, Vaqif, eləcə də başqa futbolçular sevinməlidir ki, milliyə dəvət alır. Elnur oynamaq istəmirsə, qərar verilməlidir ki, klublarında da çıxışına qadağa qoyulsun.
Foqts Vaqiflə bağlı düz edib deyir ki, onu milliyə buraxmayacaq. Bizim bəzi futbolçuların gözünü pul örtüb. Baxın, dünən millimizdə oynayan legionerlər - Aleksandr Çertoqanov, Vladimir Levin, Ufuk Budak necə xoş təsir bağışladı. Əcnəbilər az qala can qoyur, bizimkilər isə millidən boyun qaçırır.
Vaqif Cavadov «Tvente»yə gedənə qədər yaxşı oynayırdı. Sonra formadan düşdü. İndi «Volqa»da ehtiyatda oturub. Atası, əmisi Vaqifə qulaqburması verməlidir ki, özünə gəlsin. O, çox perspektivli oyunçudur. Amma puldan çox, oyununu fikirləşməlidir. Hələ biri var, 200 minlik maşın sürür. Bizim vaxtımızda isə futbolçu 20 qəpik tapa bilmirdi.
Yenə heç olmasa, kapitan Rəşad Sadıqov meydanda can qoyur. O, millidə hamıdan yaxşı oyunçudur. Ona görə ki, futbol tərbiyəsini bizdən alıb.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi