"Bakı" futbol klubu və Kosta Rika milli komandasının hücumçusu Uinston Parks Braziliya yığmasına qarşı oyunda 64 dəqiqə meydanda olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kosta Rika - Braziliya qarşılaşmasına əsas heyətdə çıxan Parksın komandası 59-cu dəqiqədə braziliyalı Neymar Da Silvanın vurduğu yeganə qolla meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Qeyd edək ki, Braziliya televiziyası ilə canlı yayımlanan oyun zamanı şərhçi Parksın Azərbaycanın iddialı klublarından biri olan "Bakı"da oynadığını və meydanda yaxşı təsir bağışladığını qeyd edib.
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb