Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Avstriya yığmasına dünənki məğlubiyyət, Türkiyə ilə qarşıdakı oyun və Vaqif Cavadovun yığmadan imtina etməsiylə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Yəqin ki, dünənki məğlubiyyətdən sonra hələ də özünüzə gələ bilməmisiniz.
- Bu uğursuzluq bizə doğrudan da çox pis təsir etdi. Hazırda aeroportdayıq, Türkiyəyə yola düşürük. Əhval-ruhiyyəmiz yaxşı deyil.
- Avstriyaya niyə uduzduq?
- Çox pis məğlubiyyət oldu. Açığı, belə hesabla uduzmağımız ağlımızdan belə keçmirdi. Ən azı istəyirdik ki, məğlub olmayaq. Rəqib dörd dəfə eyni mövqedən, cərimə meydançasının küncündən qapımıza qol vurdu. Dünən hər şey tərsinə alındı. 25-ci dəqiqədə Saşa Yunisoğlunun qırmızı vərəqə alması da hesabın belə nəticələnməsinə təsirini göstərdi.
- Yeri gəlmişkən, məğlubiyyəti əsasən bununla əlaqələndirmək olarmı?
- Belə səviyyəli oyunlarda, Avstriya kimi komandalara qarşı matçlarda çalışmalısan ki, qırmızı vərəqə almayasan.
- Bundan əvvəlki iki oyunda dörd xal toplaya bilmişdik. Bu səbəbdən dünən futbolçularımızın oyununda hansısa arxayınçılıq müşahidə olundu?
- Yox, əksinə çoxdan idi, komandamızı belə hərəkətli görmürdüm. Futbolçularımız çox istəkli idilər. Avstriya komandası da dünən çox həvəsliydi. Onlarda baş məşqçi dəyişikliyi olub. Deyərdim ki, rəqib dünən qrupda ən yaxşı oyununu nümayiş etdirdi. Biz də bütün gücümüzü ortaya qoyduq. Təəssüf ki, rəqibin ustalıq səviyyəsi bizdən yuxarı oldu.
- Oktyabrın 11-də Türkiyəyə qarşı oyunumuz var.
- Çətin olacaq. Biz də bilirik ki, rəqibə hökmən üç xal lazımdır.
- Oyunun özündən daha çox indi belə fikir səslənir ki, Azərbaycan «pley-off»a getmək istəyən Türkiyə komandasına bilərəkdən üç xal verəcək.
- Belə şey qətiyyən ola bilməz. Biz Azərbaycanımızın adını təmsil edirik. Bəlkə biz qalib gəldik, bəlkə rəqib üç xal qazandı. Bunu oyun göstərəcək. Biz dövlətimizi, millətimizi təmsil edirik. Ona görə də meydana çıxıb üç xal üçün mübarizə aparacağıq.
- Vaqif Cavadov milli komandadan niyə imtina edib?
- Düzü, bunun səbəbini hələ heç kim bilmir. Bu gün səhər baş məşqçimiz açıqlama verdi ki, Vaqif daha yığma komandada yoxdur.
- Yəni siz bu xəbəri ilk dəfə Foqtsdan eşitmisiniz?
- Bəli. Heç nədən xəbərimiz olmayıb. Nə baş verdiyini bilmirik. Dünən oyundan sonra Vaqif də oteldəydi. Baş məşqçiylə aralarında nə söhbət olubsa, xəbərsizəm.
- Milli komandanın kapitanı kimi bu haqda Vaqifin özüylə danışmağa cəhd etmisənmi?
- Vaqifi dünəndən bəri görməmişəm. Ona görə də söhbətim olmayıb.
- Ümumiyyətlə, onun millidən imtina etmək qərarına münasibətin necədir?
- Vaqifin bu qərarını alqışlamıram. Məşqçiylə nə söhbətləri olub bilmirəm, amma futbolçu millidə sona qədər mübarizə aparmalıdır. Üç gündən sonra Türkiyə ilə oyunumuz var. Bu mənada, Vaqifin bu hərəkətini dəstəkləmirəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı