Millimiz FİFA reytinqində daha bir pillə irəlilədi

ÖLKƏ FUTBOLU 4 Oktyabr 2011 / 11:10 2329
-  A +

Xəbər verdiyimiz kimi, sentyabrın 21-də FİFA-nın reytinq cədvəli açıqlanmış və Azərbaycan milli komandası 14 pillə irəliləyərək 359 xalla 98-ci pillədə qərarlaşmışdı. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FİFA-nın saytında millimizin reytinq cədvəlindəki mövqeyi ilə bağlı növbəti yenilənmə aparılıb. Hazırkı göstəricilərə görə Azərbaycan milli komandası daha 1 pillə irəliləyərək 97-ci yerdə qərarlaşıb.

Növbəti reytinq cədvəli oktyabrın 19-da açıqlanacaq.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...