“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- AZAL-a qarşı keçirdiyiniz və 0:0 hesabı ilə başa çatan çempionat oyunu haqda fikirlərin necədir?
- Bir xal qazansaq da, bu, istədiyimiz nəticə deyildi. Oyun boyu qol vurmaq üçün bir çox imkanlar əldə etsək də, istəyimizə nail ola bilmədik. Ancaq deməzdim ki, komanda ümumilikdə pis təsir bağışladı.
- “Bakı”nın heyətində kifayət qədər səviyyəli futbolçu olsa da, komanda qeyri-sabit və uğursuz çıxışlarını davam etdirir. Səncə buna səbəb nədir?
- Bu barədə çox danışılır. Ancaq yaddan çıxarmaq lazım deyil ki, komandann heyəti yeni qurulub yenidən yaranıb və hələ xətlərarası əlaqə tam şəkildə bərpa olunmayıb. Buna baxmayaraq, “Bakı” o qədər də pis baxımsız futbol nümayiş etdirmir. Hər qarşılaşmada biz ən azı beş-altı real qol vurmaq şansı əldə edirik. Əgər bu epizodlardan lazımınca istifadə edə bilsəydik, indi bəlkə də turnir cədvəlində lider mövqeyində qərarlaşardıq. Sadəcə olaraq, yaratdığımız təhlükəli vəziyyətləri lazımınca dəyərləndirə bilmirik. Biz zəif çıxışlarımızda günahı yalnız özümüzdə axtarmalıyıq. İstər mən olum, istərsə Verpakovski olsun....
- Verpakovski Avropada tanınmış oyunçu olsa da, “Bakı”ya hələ xeyir verə bilmir. Oyun boyu ələ düşən imkanları sağa-sola xərcləyir.
- Hər kəs yaxşı bilir ki,Verpakovski çox səviyyəli bir futbolçudur. Ancaq mənim fikrimcə o, hələ Azərbaycan futboluna adaptasiya olmayıb. Həm də elə çətin mövqelərdən qapıya zərbə vurur ki, bunu 50 dəfə təkrarlasa da, top qapıdan keçməyəcək. Lakin düşünürəm ki, Verpakovski özünü yaxşı tərəfdən göstərərək,komandasına xeyir verəcək. Bəlkə də ayğını açmaq üçün ona bir qol vurmaq lazımdır ki, ardı gəlsin.
- Səncə, Verpakovski kimi oyunçu “Bakı”ya gərək idi? Xeyli müddət oyun praktikasından əziyyət çəkən futbolçu komandaya niyə transfer olundu?
- Hər bir futbolçu oyun praktikasından əziyyət çəkə bilər. Əsas odur ki, sonradan özünü yaxşı tərəfdən göstərə biləsən. Bütün bunları zaman göstərəcək. Verpakovski məşqdə olduğu kimi, oyun zamanı da cənfəşanlıq göstərir. Sadəcə bəzi epizodlarda da bəxt ondan üz döndərir. Komandayla birgə məşqlərdə qol vuraraq yaxşı təsir bağışlayır.Lakin bu, oyunda onda nədənsə alınmır.
- Digər bir səviyyəli oyunçu - Jabanın Azərbaycan futboluna çoxdan adaptasiya olsa da, baş məqşçiniz belə bir futbolçuya hələ ehtiyacı duymur.
- Həqiqətən də Jaba çox güclü və bacarıqlı futbolçudur. Lakin niyə əsas komandanın heyətində meydana çıxmır bu, artıq baş məşqçinin işidir. Bəlkə də optimal formasından uzaq olduğu üçün məşqçi belə addım atıb. Yəqin ki, tam formada olandan sonra məşqçi ona etimad göstərərək əsas komandaya cəlb edəcək.
- Starkov təcrübəli məşqçidir, amma ola bilərmi ki, o, hələ “Bakı”nın nəbzini tuta bilməyib?
- Əvvəla, onu deyim ki, bir insan kimi superdir. Kollektivdəki bütün futbolçulara eyni münasibət göstərir. Digər tərəfdən, Starkov təcrübəli və yaxşı məşqçi olmasaydı, komandaya gətirilməzdi. O ki qaldı yaxşı çıxış etməməyimizə, bu, onun yox, futbolçuların günahıdır. Altmış-yetmiş yaşlı kişi meydana çıxıb bizim yerimizə futbol oynayası deyil ki, hər şeyi onun üstünə ataq. Məncə, Starkov “Bakı”nın uğur qaanmasında böyük rol oynayacaq.
- Berti Foqts səni millinin qarşıdan gələn Avstriya və Türkiyə ilə oyunlarına çağırmadı. Bunu necə qarşıladın?
- Düzü, özüm də bunu heç gözləmirdim. Çünki xeyli vaxdır ki, zədə üzündən futboldan kənar qalan oyunçuya millidə oynamaq təklifi göndərmək düzgün olmazdı. Mən də, heç istəməzdim ki,yığmada oynayan futbolçuların haqqını yeyim. Axı uzun müddət futbolsuzluqdan sonra meydanda cəmi on beş dəqiqə olmuşam. Foqtsun bu addımını normal qarşılayıram. Milli komandaya yaxşı formada olan oynayan futbolçu lazımdır.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı