“Kəpəz”in mətbuat xidməti klubun prezidenti Elmir Əliyevin müsahibəsini yayıb. Mətbuat xidmətindən Qol.Az saytına daxil olan müsahibəni təqdim edirik
- Elmir müəllim, ardıcıl üç turdur ki, “Kəpəz” qələbə qazana bilmir. Amma öncəki oyunlarda komanda çox-çox güclü klubları böyük hesablarla yenmişdi. Nə baş verir?
- Komandada ab-hava çox yüksəkdir. Uşaqlar böyük həvəslə oyunlara hazırlaşırlar. Hər oyuna qələbə qazanmaq üçün meydana çıxırıq. Klub üçün bütün lazımi şərait yaradılıb. Komanda meydanda çox yaxşı təsir bağışlayır. Amma....
Mən “Sumqayıt Şəhər”lə oyuna qədər bir dəfə də olsun hakimlər barədə fikir söyləməmişəm. Lakin oyunun baş hakimi Rauf Cabbarovun komandamızı açıq-aşkar sıxması, qonaq komandanın qapıçısına qırmızı əvəzinə sarı vərəqə göstərməsi artıq məni də özümdən çıxardı. Belə olmaz. Azərbaycanda futbolun inkişafı üçün cənab Prezident İlham Əliyev lazımınca diqqət və qayğı göstərir. Biz də öz növbəmizdə ölkə başçısının idmanın bu sahəsinin yüksəlməsi üçün verdiyi tapşırıqları yerinə yetirməyə, Azərbaycanın ikinci şəhəri olan Gəncədə futbolu inkişaf etdirməyə çalışırıq. Lakin bəzi hakimlərin bizim komandanı meydanda daim sıxması, bizə qarşı birtərəfli mövqe tutmaları bizi çox üzür. Hamılıqla “Kəpəz”in müvəffəqiyyəti üçün çalışırıq. Külli-miqdarda vəsait xərclənir. Hər cur şərait yaratmışıq. Komanda da çox baxımlı futbol sərgiləyir. Ancaq bəzi hakimlər verdikləri yersiz və yaxud da qərəzli qərarları ilə əlimizi işdən soyudurlar.
- “Sumqayıt Şəhər”lə oyunda Ceyhun Sultanovun qapıçı tərəfindən əllə saxlanılması stadionda böyük narazılıq yaratdı?
- Əlbəttə yaratdı. Gəncədə futbolu sevirlər və qiymətləndirirlər. Hətta azarkeşlər də hakimin düzgün qərar vermədiklərini gördülər. Belə hakimlik ictimaiyyətin futbola olan marağını öldürür. Rauf Cabbarov I turda "Rəvan"la oyunda da meydanda bu ssenari ilə oyunu idarə edirdi. Lakin onda uşaqlar bunu hiss edərək sona qədər mübarizə apardılar və qalib gəldik. O oyundan sonra biz hakimlərə öz iradımızı bildirmişdik. Lakin dünən isə açıq aşkar Rauf Cabbarov “Kəpəz” komandasını meydanda sıxdı və qeyri-səmimi qərarlar verdi. Nəinki təkcə baş hakim, elə yan hakimlər də yersiz ofsaytlar “yaradırdılar”. Bir faktı da deyim. Ötən mövsüm komandamız Salyanda “Muğan” klubunu 1:0 yendiyi oyunda Rauf Cabbarov oyunu düz 5 dəqiqə artırdı və artırılmış vaxtda da həqiqətə uyğun olmayan cərimə zərbəsi təyin etdi ki, bu da qolla nəticələndi. Bütün bu faktlar Rauf Cabbarovun “Kəpəz” komandasına qarşı qərəzli olduğunu sübut edir.
- Bəlkə baş hakimin çıxardığı qərar qərəzli deyil, sadəcə təcrübəsizlikdən irəli gəlir?
- Bu barədə mən biz söz deyə bilmərəm. Həmin epizodda biz oyunu VİP-dən izləyirdik. Sarı kartdan sonra bütün stadion ayağa qalxdı. 4-cü hakimlə yan xətt hakimi Rauf Cabbarovu yanlarına dəvət etdilər. Hiss olunurdu ki, onlar da baş hakimdən qərarını dəyişməsini istəyirlər. Lakin Cabbarov qərarında qətiyyətli olduğunu dedi. Əgər bu, təcrübəsizlikdən irəli gəlirsə, onda qərarı dəyişə bilərdi. Bir də ki, bu cür hakimliklə birinci dəfə deyil ki, qarşılaşırıq.
- Hakim qərarı ilə bağlı etirazınızı bildirmisiniz?
- Bəli. Yəqin ki, AFFA-nın Hakimlər Komitəsi, Peşəkar Futbol Liqası bir ölçü götürəcəklər. Amma mən bir daha qeyd etmək istəyirəm ki, əgər Azərbaycanda futbolun inkişaf etməsini istəyiriksə, vicdanlı hakimlik və düzgün qərarlar qəbul etməliyik. Bu vaxtadək klubun inkişafına külli-miqdarda pul xərclənib. Biz çalışırıq ki, Gəncənin adına layiq mübariz komandası olsun. Buna mane olmaq istəyənlər, oyunu birtərəfli, qərəzli qərarlarla idarə edən bəzi hakimlər isə Azərbaycan futbolunun çiçəklənməsinə mane olanlardır. Qoy ya onları Avropaya təcrübə keçməyə göndərsinlər, ya da ümumiyyətlə hakimlikdən uzaqlaşdırsınlar. Premyer Liqa təcrübə toplamaq üçün deyil. Burada peşəkar klublar mübarizə aparır. Deməli, hakimlər də burada peşəkar olmalıdırlar.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı