"Avstriya millisinə rəhbərlik etmək mənim üçün böyük şərəfdir. Dördüncü pillədəki mövqeyimizi qorumaq üçün Azərbaycan və Qazaxıstanla oyunlardan sərfəli nəticə ilə ayrılmalıyıq. Əks təqdirdə bu, bizim üçün biabırçılıq olar".
Qol.Az-ın məlumatına görə, bu sözləri Avstriya milli komandasının baş məşqçisi Villi Ruttenşteyner ölkəsinin mətbuatına verdiyi müsahibədə deyib.
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda millimizin qonağı olacaq Avstriya yığmasının çalışdırıcısı qarşıdakı oyunla bağlı belə danışıb:
"Qarşıda bizi iki çətin oyun gözləyir. Avstriya millisinin futbolçuları öz klublarında müxtəlif vaxtlarda oyun keçirdikləri üçün qarşıdakı görüşlərə tam heyətlə hazırlaşa bilmirik. Bununla belə, hazırlıq üçün bizim iki gün vaxtımız olacaq.
Hər iki oyuna ciddi hazırlaşırıq. Rəqibə hörmətlə yanaşmalıyıq. Əgər belə etməsək, səfərdə sürprizlə qarşılaşa bilərik. Lakin istənilən halda, biz səfərə qələbə dalınca gedirik. Futbolçularıma inanıram və ümid edirəm ki, seçmə mərhələni ən azı 4-cü pillədə başa vuracağıq".
Qeyd edək ki, oktyabrın 7-də yığmamızın qonağı olacaq Avstriya millisi 4 gün sonra Qazaxıstana səfər edəcək.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."