Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov şərəfini qoruduğu Rusiyanın "Volqa" klubunun rəsmi saytına müsahibə verib. Qol.Az saytı müsahibəni təqdim edir:
- Vaqif, "Amkar"la oyunöncəsi əhval-ruhiyyən necədir?
- Yaxşıdır. Döyüşə hazırıq. Mən və bütün komanda yoldaşlarım yaxşı başa düşürük ki, bu oyun 6 xal uğrunda mübarizədir. Bu oyunda qələbə bizim üçün çox vacibdir. Azarkeşlərə söz verirəm ki, hər bir oyunda meydanda 90 dəqiqə mübarizə aparacağıq.
- Moskva komandalarına qarşı iki çətin oyundan sonra bərpa olunmaq çətin olmadı ki?
- Bu oyunlar bizim üçün çətin keçdi. Buna baxmayaraq, biz həmin oyunlarda bir-birimizi yaxşı başa düşürdük. Artıq bu ritmə öyrəşmişik və şənbə günü keçiriləcək oyuna hazırlaşırıq. Lakin komandada kiçik itkilər var.
- Hazırda özünü necə hiss edirsən?
- Bir qədər nasaz olsam da, artıq özümü yaxşı hiss edirəm. İnanıram ki, bu mənə meydanda 90 dəqiqə mübarizə aparmağa imkan verəcək.
- Rəqib haqda hansısa məlumatın var?
- Rəqib komandada ən böyük hadisə baş məşqçiləri Rəhimovun istefa verməsidir. Baş məşçinin dəyişməsi hər zaman futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərir. Düşünürəm ki, bizimlə oyunda rəqib futbolçular ikiqat təzyiq altında olacaqlar.
- Bundan əvvəl istər "Rostov", istərsə də "Spartak" (Nalçik) klubları ilə keçirilən 6 xallıq görüşlərdə komandanın oyunu azarkeşləri razı salmamışdı. Bəs bu dəfə azarkeşlər komandadan hansı oyunu gözləyə bilərlər?
- Düşünürəm ki, oyun çox gərgin keçəcək. Hücumda oynamaqla azarkeşlərimizi sevindirməyə çalışacağıq. Çox gümanki, qonaqlar müdafiə futbolu oynayacaqlar. Biz komandanın heyətindəki bəzi itkiləri meydanda hiss etdirməməyə çalışacağıq. İnanıram ki, 90 dəqiqənin tamamında azarkeşlərimiz bizimlə birgə qələbəni qeyd edəcəklər.
- "Spartak"la kubok oyununda biz səndən qol gözlədiyimiz halda vurduğun top qapı dirəyinə dəymişdi. Bu haqda nə deyə bilərsən?
- (Gülür). Doğrudur. Hələ ki, qapı dirəyi və tiri qol vurmağıma mane olur. Lakin növbəti görüşlərdə qapı dirəyi və tiri imkan versə qol vuracağam.
- Həmin oyundan sonra təyin olunan penalti zərbəsini yerinə yetirmək üçün topa çox əminliklə yanaşdın və gözəl qol vurdun. Bunu, əvvəlcədən planlaşdırmışdın, yoxsa sonradan belə qərara gəldin?
- Həmin anda topa yaxınlaşmağı qərar aldım və çox effekti qol alındı. Bu tip qolları daha öncə də vurmuşdum.
- Baş məşqçi belə zərbəyə görə səni söymədi ki?
- (Gülür). Yox. Axı top qapıya daxil olmuşdu.
- Demək olarmı ki, sən artıq Rusiya Premyer Liqasına uyğunlaşırsan?
- Əlbəttə. Azarkeşlər və mütəxəssislər bilirlər ki, mən burada özümü çox yaxşı hiss edirəm. Hər tur, hər oyun mənə daha da uğur gətirir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi