Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika stadionun 60 illik yubileyi münasibəti ilə Bakıdakı restoranların birində təşkil olunan mərasimdə maraqlı anlar yaşanıb.
Qol.Az-ın məlumatına görə, klub rəsmilərinin də iştirak etdiyi tədbirdə Premyer Liqada əzəli rəqiblər olan "Neftçi" və "Xəzər Lənkəran" klublarının baş məşqçiləri - Böyükağa Hacıyev və Mirça Rednik də bir stol arxasında əyləşərək yeyib-içiblər.
Çempionat ərzində az qala bir-birinə düşmən kəsilən bu iki mütəxəssisin mehribanlığı həmkarlarımızın diqqətindən yayınmayıb. Həmin masada bu iki məşqçi ilə yanaşı, Akesandr Starkov ("Bakı"), Tuyqun Nadirov ("Xəzər Lənkəran"), Tahir Süleymanov ("Neftçi"), Yaşar Seyidov ("Bakı") və digər klub məşqçiləri və rəsmiləri də olub.
Sözügedən mərasimdə Böyükağa Hacıyevlə "Bakı"nın icraçı direktoru Yaşar Seyidov arasında yaşananlar da böyük marağa səbəb olub. Mətbuatda hər zaman bir-birinə atmacaları ilə diqqət çəkən bu iki şəxs real həyatda da qarşılaşdıqda sakit oturmayıblar.
Hacıyev tədbir başa çatdıqdan sonra jurnalistlərə deyib: "Yaşar Seyidovu duelə çağırdım, ancaq o gəlmədi".
Sonda bütün iştirakçılar tədbirdən xoş təəssüratlarla ayrılıblar.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."