“Neftçi” klubunun idman direktoru Güloğlan Cabbarov “Bakı” ilə oyundan sonra rəqib komandanın futbolçusu Elvin Əliyevin döyülməsi olayında adının hallandırılması məsələsinə münasibət bildirib.
G.Cabbarov Qol.Az-ın müxbiri ilə söhbətində baş verən hadisədə onun əlinin olmadığını deyib.
“Mənim orada futbolçunu döyməyimdən söhbət gedə bilməz. Əksinə, Elvini onların əlindən almışam. Mətbuatda yazılanların heç bir əsası yoxdur. Bu, məni istəməyənlərin işidir. Elvini mənim döydüyümü kim yazıbsa, gəlib, sübut eləsin”.
Hadisənin necə baş verdiyini izah edən Cabbarov Elvini vurmadığını, əksinə, ona kömək etdiyini iddia edib: “Elvinə mühafizəçilər bir neçə dəfə xəbərdarlıq etdilər. Ancaq o, yenə də “Neftçi”nin avtobusunun yanından keçdi. Neçə dəfə qaytardılar. Yenə dediyindən dönməyib, gəlirdi. Mən ona heç toxunmamışam da. Əksinə, gördüm ki, üstünə tökülüşüb vururlar, onları aralaşdırdım. Bu da mənim yaxşılığımdı? Boş söhbətlərdi. Həm də söhbət artıq bağlanıb. Gəldilər bazaya, bir-birimizi başa düşdük. “Neftçi”nin futbolçusu ilə meydanda söhbəti düşüb. Sonra da gəlib “Neftçi”nin avtobusunun yanına ki, söhbəti həll eləsin. 3 dəfə dedilər, get, getmədi. Deməli, bunu məqsədli şəkildə edirdi” – deyə G.Cabbarov bildirb.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."