Novruz Məmmədov: “Flavinyo çox şey deyə bilər, əsas mənim düşüncəmdir”

Novruz Məmmədov: “Flavinyo çox şey deyə bilər, əsas mənim düşüncəmdir”
ÖLKƏ FUTBOLU 26 Sentyabr 2011 / 16:17 2885
-  A +

“Bakı”nın müdafiəçisi Novruz Məmmədov “Neftçi” ilə oyunda zədələnən Flavinyonun onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.

Gənc futbolçu Qol.Az-ın müxbiri ilə söhbətində braziliyalı yarımmüdafiəçinin ittihamlarını qəbul etmədiyini bildirib. Məmmədov həmin epizodda ayağının sürüşdüyünü və “Neftçi”nin futbolçusuna qarşı bilərəkdən kobud oynamadığını söyləyib:

“Flavinyo elə deməlidi. Çünki futbolçudur. Amma həmin epizoda evdə təkrar-təkrar baxanda görürəm ki, o, əvvəlcə yıxılır və top onun ayağından çıxır. Topa tərəf gedəndə, mənim də ayağım sürüşür. Mən ayağımı topa atanda, o, korpusla topu bağlayır və ayağına dəyirəm. Biri var ki, mən iki ayaqla tullanıb, onun ayağını qırım. Biri də var ki, mən topa hərəkət edirəm. Flavinyo çox şey deyə bilər. Amma mən neyniyim ki, ikinci dəfə onu vururam”.

Müdafiəçi Flavinyonun belə hallar davam edərsə, Azərbaycandan getmək istəməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Bu, artıq Flavinyonun öz problemidir. Mən ona “çıxıb getmə, qal burada” deyən deyiləm ki. Mən yalnız öz epizodumla bağlı nəsə deyə bilərəm. Bilirsiniz, oyunçunun ayağını sındırırlar? Gözünü yumub, tullanırsan dizinin üstünə, qırılır. Amma mən topa toxunanda, o, korpus qoyursa və zərbə ayağına dəyirsə, burada mənim günahım nədir?”.

Novruz həmin epizodda qayda pozuntusu olmadığını düşünür: “Məncə, orada qayda pozuntusu yox idi. Hə, görəndə ki, mən onun ayağına dəyirəm, hardasa vermək olardı. Ancaq mənim onun ayağına qəsdən zərbə vurmaq niyyətim yox idi. Flavinyo ilk dəfə zədələnəndə də zəng zəng dalınca gəlmişdi. İndi də. Amma mən özüm bilirəm neynədiyimi. Mən onun ayağını sındırmamışam. Sadəcə ayağım dəyib.Danışmaqdansa, epizoda baxsınlar. Ona görə qiymət versinlər. Danışıb, kiminsə adına ləkə gətirmək lazım deyil. Həmin epizoda baxanda da, hər şey açıq-aydın görünür. Futbolçu özü hər şeyi açıq-aydın görür”.

Sonda isə Məmmədov etdiyi hərəkətə görə pis olduğunu, ancaq yenə də öz fikrində qaldığını deyib: “Allah saxladı. Allah köməyi olsun. Neynəyə bilərik daha. Mən demirəm ki, yaxşı eləmişəm. Özüm də pis olmuşam ki, onu ikinci dəfə vurdum. Vurdum deyəndə ki, oldu. Kim nə düşünürsə, düşünsün. Əsas mənim düşüncəmdir. Mənim də düşüncəm belədir ki, onun ayağını sındırmaq fikrim yox idi. Bu günə qədər heç bir futbolçunun ayağını qırmamışam”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq