"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo Premyer Liqanın VII turunun "Bakı" klubu ilə oyununda zədələnib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tibbi müayinədən sonra braziliyalı futbolçunun bir müddət yaşıl meydançalardan kənarda qalacağı müəyyənləşib.
Ona zədə yetirən oyunçu isə rəqib komandanın üzvü Novruz Məmmədovdur. Bu həmin futbolçudur ki, ötən mövsüm "Muğan" klubunun heyətində Flavinyoya qarşı kobud oynayaraq, komandanın üzvünün ayağını sındırmışdı.
Braziliyalı futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Bu cür oynamaq olmaz! Belə olan halda Azərbaycana səviyyəli legioner də gəlməz. Bu tip kobudluqlara hakimlər də göz yummamalıdır. Çünki kobudluq edən futbolçular cəzalandırılsa, belə halların da qarşısı alınar.
"Bakı" ilə oyundan sonra bildim ki, məni zədələyən ötən mövsüm də ayağımı sındırmış futbolçudur. Maraqlıdır, amma təsadüf bir dəfə olur, iki dəfə yox. Allaha dua edirəm ki, bu dəfə ayağım sınmadı.
Azərbaycanı çox sevirəm, maraqlı futbol çempionatı gedir. Ancaq bu cür hallar davam etsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacağam".
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."