Premyer Liqanın son turunun “Neftçi” – “Bakı” oyununda zədələnərək, iki həftəliyə sıradan çıxan Flavinyonun zədə aldığı epizodun video görüntüsü yayılıb. Qol.Az-ın məlumatına görə, video çəkilişdən də göründüyü kimi, “Bakı”nın müdafiəçisi Novruz Məmmədov həmin epizodda braziliyalı yarımmüdafiəçinin ayağına bilərəkdən zərbə endirir. Bu epizodda futbolçunun ayağı sına da bilərdi. Həmi vaxt epizoda kifayət qədər yaxın olan görüşün baş hakimi Elçin Məmmədov isə Novruza birbaşa qırmızı vərəqə verib, penalti təyin etmək əvəzinə, oyunu davam etdirir.