“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Premyer Liqanın son turunun “Bakı” ilə oyunundan sonra rəqib komandanın futbolçusu Elvin Əliyevlə baş verən olaylarda onun adının hallanmasına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan gənc futbolçu baş verənlərin onunla bağlı olmadığını bildirib.
Seyidov oyunun gedişində Elvinlə aralarında mübahisə olduğunu bildirsə də, “Bakı”nın futbolçusunun onun haqqında səsləndirdiyi ittihamları qəbul etməyib:
"Oyunun gedişində Elvinlə aramızda mübahisə olub. Amma mən "Bakı" klubunun rəhbərliyinin ünvanına heç bir söz işlətməmişəm. Oyundan sonra baş verən hadisələrin isə mənimlə heç bir əlaqəsi yoxdur. Mən komanda ilə birlikdə avtobusda stadionu tərk etmişəm və onu kimin vurduğundan da xəbərsizəm”.
Hadisənin anlaşılmazlıqdan baş verdiyini söyləyən Seyidov artıq problemin aradan qalxdığını bildirib: “Təbii ki, hər şeyin bu cür alınması çox pis oldu. Matçdan sonra hər iki klubun rəhbərliyi bir araya gələrək, hadisələrə münasibət bildiriblər. Bütün məsələlərə aydınlıq gətirildikdən sonra bu hadisələrin anlaşılmazlıqdan yarandığı təsdiqlənib”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."